Icma.az
close
up
RU
“Azərbaycanda cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır” Amina Abdellatifin ə MÜSAHİBƏSİ

“Azərbaycanda cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır” Amina Abdellatifin ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanda qadın cüdosu hələ kişilər qədər böyük uğurlara imza atmasa da, mövqelərini tədricən gücləndirir. Yaxın günlərdə idmançılarımız İslam Oyunlarında çıxış edərək dörd medal qazandılar. Bu medallar arasında təcrübəli cüdoçu Südabə Ağayevanın qızılı da var.

Ölkədə qadın cüdosunun hazırkı durumu və idmançılarımızın perspektivləri barədə İdman.Biz qadın millisinin baş məşqçisi, fransız mütəxəssisi Amina Abdellatiflə söhbət edib.

- Cüdoçularımızın İslam Oyunlarındakı çıxışını necə qiymətləndirirsiniz?

- Ümumilikdə əvvəlki Oyunlarla müqayisədə çıxışı müsbət dəyərləndirirəm: dörd medal qazandıq – bir qızıl, bir gümüş və iki bürünc. Açığı, Südabə Ağayevanın qələbəsi mənim üçün müəyyən mənada gözlənilməz oldu. Amma bu nəticə ilk növbədə onun zəhmətinin və gündəlik fədakarlığının göstəricisidir. O, bu səviyyəyə çatmaq üçün əlindən gələni edirdi.

Fidan Əlizadədən də medal gözləyirdim, amma o, yarışı beşinci sırada başa vurdu. Fidan yaxınlarda zədədən qayıdıb və ona bir qədər yarış təcrübəsi və məşq ritmi çatmadı. Xüsusilə komandalararası turniri qeyd etmək istəyirəm. Bu, qarışıq komanda formatında keçirilən ilk yarış idi və qalib Azərbaycan oldu. Daha da sevindirici məqam isə odur ki, hər görüşdə həlledici xalları məhz qadınlar qazandılar.

- Yaxınlarda cüdoçularımız Zaqrebdə Qran-Pridə də çıxış etdilər…

- Bu turnirin nəticələri məni bir qədər məyus etdi. Daha uğurlu çıxış gözləyirdim. Bununla belə, yarış bizim hansı elementlər üzərində daha çox işləməli olduğumuzu dəqiq göstərdi. Xüsusilə nevaza və kumi-kata ilə bağlı məqamlar üzərində dayanmamız vacibdir.

- Azərbaycanda çalışmağa necə başladınız? Sizi millinin baş məşqçisi olmaq təklifində nə cəlb etdi?

- Məni ən çox qadın komandasında birbaşa cüdoçularla işləmək və komanda formalaşdırmaq imkanı cəlb etdi. Ünsiyyət qurmaq, doğru atmosfer yaratmaq, idmançıları yüksək səviyyəli çıxışlara hazırlamaq prosesi məni həqiqətən motivasiya edir. Həmçinin Olimpiya Oyunlarına hazırlıqla bağlı çağırışlar da marağımı artırdı. Əvvəlcə prioritetlərimiz məşqlərin doğru şəkildə təşkili idi. Məqsədimiz hər bir idmançının öz cüdo üslubunu dərk etməsi və bunun əsasında sistemli iş qura bilməsi idi.

- Son illərdə Azərbaycanda qadın cüdosunun inkişafını necə qiymətləndirirsiniz?

- Ölkədə qadın cüdosunun inkişafı çox önəmlidir. Məncə, cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır. Çünki bu idman növü müstəqilliyin, özünəinamın və sağlamlığın formalaşmasına müsbət təsir göstərir.

Yeniyetmə və gənclər arasında qadın cüdosu yaxşı nəticələr nümayiş etdirir, xüsusilə Avropa çempionatı səviyyəsindəki rəsmi turnirlərdə. 2024-cü ildə qızlardan ibarət gənclər millisi iki titul qazandı və komanda hesabında ikinci yeri tutdu. İndi istəyim odur ki, bu cüdoçular böyüklər səviyyəsində də sabit şəkildə yüksək nəticələr göstərə bilsinlər.

- Gənc və perspektivli idmançılar arasında kimi xüsusi qeyd edə bilərsiniz?

- 48 kiloqramda Könul Əliyevanı, 52 kiloqramda isə Aydan Vəliyevanı qeyd edə bilərəm. Könul Limadakı Qran-Pridə çox güclü rəqibləri məğlub edərək üçüncü yeri tutub. İndi əsas məsələ sabitlik qazanmaq, səviyyəsini yüksəltmək və böyük turnirlərdə uğur qazanmaqdır. Aydan isə xaraktercə çox rəqabətcil idmançıdır, o, döyüşməyi sevir. Onun əsas vəzifəsi daha çox çalışmaq, cüdosunu inkişaf etdirmək və potensialını maksimum ortaya qoymaqdır.

- Qadın cüdoçularımızın kişilər kimi dünya reytinqinin üst sıralarına yüksəlməsi üçün nə qədər vaxt lazımdır?

- Bir sıra çəki dərəcələrində, xüsusilə yüngül çəkilərdə yüksək yerlər uğrunda mübarizə tam realdır. Ağır çəkilərdə isə bu səviyyəyə çatmaq təxminən iki Olimpiya tsikli tələb edəcək.

- 2028-ci il Olimpiya Oyunları ilə bağlı: neçə lisenziyaya iddia edə bilərik?

- Olimpiya seçməsi 2026-cı ilin iyununda Monqolustandakı Qran-Pridən başlayacaq. Düşünürəm ki, yüngül çəkilərdə (48, 52 və 57 kq) lisenziyalar əldə edə bilərik. Dediyim kimi, Kənul xeyli irəliləyiş göstərib və bunu mübarizəsində açıq görürük. Üstəlik federasiyanın dəstəyini hiss edirik. Komanda yarışında iştirak üçün ağır çəkilərdə də iki cüdoçunun olması çox vacibdir.

- Fransada qadın cüdosu ilə Azərbaycandakı qadın cüdosu arasındakı əsas fərqlər nələrdir?

- Bu maraqlı müqayisədir, çünki mənim baxış bucağımı dəyişməyə və məşqə fərqli yanaşmalar axtarmağa vadar edir. Fransada cüdonun strukturu Azərbaycandakından fərqlidir. Məsələn, orada daha çox qadın cüdoçu və sparrinq-partnyor var. Buna görə Azərbaycanda biz beynəlxalq təlim-məşq toplanışlarını daha çox keçirməli oluruq. Amma texniki baxımdan – nevaza, taçivaza, kumikata – hər iki ölkədə eyni problemlərlə qarşılaşıram.

- Milli mentalitet cüdoçuların hazırlığına və inkişafına təsir edirmi?

- Mütləq təsir edir. Bu, bütün ölkələr üçün keçərlidir. Bəzi nüansları daha yaxşı başa düşmək və prosesi nəzarətdə saxlamaq üçün köməkçimin dəstəyindən faydalanıram.

- Sonda Azərbaycandakı həyat təcrübənizdən danışın…

- Düzünü desəm, bura gəlməzdən əvvəl Azərbaycan haqqında çox az məlumatım var idi. Zaman keçdikcə Bakını daha yaxşı tanıyıram və artıq şəhərdə daha az itirirəm. Şəhərdə gəzərkən ölkənin və paytaxtın tarixi haqqında düşünməmək mümkün deyil. Və əlbəttə, mətbəxinizi qeyd etməliyəm – çox xoşuma gəlir, bəlkə də həddindən artıq. Xüsusilə şirniyyatlarınız…

- Azərbaycana ailənizlə gəlmisiniz, yoxsa tək?

- Tək gəlmişəm. Amma bu təklif barədə ailəmə həmin gün məlumat verdim. Onlar məni dəstəklədilər və bu yolda dəstək olmağa davam edirlər. Üstəlik, avqust ayında ailəm Azərbaycana gəldi və biz Qobustanla Atəşgahı ziyarət etdik. Onlara çox xoş gəldi. Beləliklə, burada olmağım yaxınlarıma və dostlarıma ölkəni mənim kimi yaxından tanımaq imkanı yaradır.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri