Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

Gündə neçə banan yemək olar? Faydaları

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

“Azərbaycanda daha çox qızlar reqbiyə maraq göstərir” Federasiyası prezidentinin ə MÜSAHİBƏSİ + FOTO

“Azərbaycanda daha çox qızlar reqbiyə maraq göstərir” Federasiyası prezidentinin ə MÜSAHİBƏSİ + FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Reqbi – Azərbaycanda əsasən bu idman növünə səmimi bağlı olan insanların fədakarlığı və şəxsi təşəbbüskarlığı sayəsində inkişaf edən komanda idman növüdür. Bu şəxslərdən biri də Azərbaycan Reqbi Federasiyasının prezidenti, U-12 yığmasının baş məşqçisi və “Qarabağ” reqbi klubunun qurucusu Eldar Kərimovdur. Onun həyat hekayəsi insanın öz yolunu tapmağının və sevdiyi işə başlamaq üçün heç vaxt gec olmadığının bariz nümunəsidir.

Uzun illər ərzində ölkədə reqbinin inkişafı Vaqif Səadətxanın adı ilə bağlı olub. Lakin bir nəfərin səyləri bu idman növünün milli səviyyədə tam formalaşması üçün kifayət etməyib. Azərbaycanın böyüklərdən ibarət reqbi yığması 2005–2012-ci illərdə fəaliyyət göstərsə də, təcrübəli oyunçuların karyeralarını başa vurmasından sonra yeni nəsil formalaşa bilməyib.

Məhz bu səbəbdən Eldar Kərimov yeni reqbiçilər nəslini yetişdirmək vəzifəsini öz üzərinə götürüb. O, reqbini məktəblərdə fəal şəkildə təbliğ edir və gənc idmançılara məşq keçərək bu sahənin inkişafına töhfə verir. Hazırda Azərbaycanda reqbi üzrə gənclərdən ibarət iki milli komanda — U-12 və U-15 yığmaları fəaliyyət göstərir.

U-12 yığmasının baş məşqçisi Eldar Kərimov İdman.biz-ə müsahibəsində ölkədə sözügedən idman növünün inkişafındakı çətinliklər, şəxsi təcrübəsi və planları barədə danışıb.

– Reqbi ilə kifayət qədər gec tanış olmusunuz...

– Düz deyirsiniz, bu idman növünə gələndə təxminən 30 yaşım vardı. Reqbi ilə daha əvvəldən tanış olsam da, onun mənim yolum olduğunu illər sonra dərk etdim. Həmin dövrdə idman jurnalisti işləyirdim və tapşırıqla reqbi matçına getmişdim. Açığı, oyun haqqında heç nə bilmirdim. Buna baxmayaraq, reportaj hazırladım və bu idman növünü tezliklə unutdum.

Zaman keçdi. Bank sektorunda çalışırdım və filiallar arasında keçirilən futbol turnirində iştirak edirdim. Bir oyunda sərt müdaxilə etdim və rəqib futbolçulardan biri dedi ki, əgər kontaktlı idmanı xoşlayırsansa, gəl bizdə reqbi oyna. Məlum oldu ki, o, Azərbaycan millisinin oyunçusudur. Beləliklə, məşqlərə qoşuldum və reqbi dünyasına tamamilə daxil oldum. Müxtəlif idman növləri ilə məşğul olmuşam – güləş, boks, kikboksinq – amma məhz reqbi mənə öz yerimi tapdığımı hiss etdirdi. Tək peşmanlığım bu idman növünə daha əvvəl gəlməməyimdir. Bəlkə də daha uzun oyun karyeram ola bilərdi.

İki il fəaliyyət göstərən və indi mövcud olmayan reqbi klubunda çıxış etdim, milli komandada da bir neçə dəfə oynadım. Daha sonra məşqçiliyə başladım, əvvəlcə köməkçi idim, sonra isə “Qarabağ” klubunu yaratdım.

Eldar Kərimov (solda), “Qarabağ” klubunun məşqçisi və rəhbəri İlqar Qubadov (ortada), həkim Orxan Abdullayev (sağda)

- Reqbidən nə vaxt qazanc əldə etməyə başladınız?

- Ötən ildən. Ondan əvvəl 10 il pulsuz məşqçilik etmişəm. Özümü təmin etmək üçün başqa sahələrdə işləməyə məcbur idim. “Qarabağ” klubunu qurduğumuz dövrdə qazancım xərcləri qarşılamağa bəs etmirdi, buna görə də əlavə qazanc üçün taksi sürürdüm. Bir müddət sonra anladım ki, gücüm tükənir və nə əsas işimə nə də reqbiyə vaxt ayıra bilirəm. Anladım ki, hamısını bir yerdə etmək olmur.

Nəticədə qərar verdim ki, sevdiyim işdən qazanc da əldə etməyin vaxtıdır. Məktəb reqbi liqasını yaratmaq ideyası belə ortaya çıxdı. İndi özəl məktəblərdə uşaqlara məşq keçməklə həm qazanc əldə edirəm, həm də işimdən böyük zövq alıram.

– Uşaqlarla işləməyə başlayanda hansı çətinliklərlə üzləşdiniz?

– Əsas çətinlik uşaqları cəlb etməkdir. Son qərarı valideynlər verir və onlar da adətən internetdə araşdırma aparır. Orada isə baxış üçün ən sərt toqquşmalar paylaşılır ki, bu da valideynləri qorxudur. Əslində reqbi kifayət qədər təhlükəsizdir. Dünyada bu idmanın fəlsəfəsi həm oyundan zövq almaq, həm də özünü və rəqibi zədələrdən qorumaqdır.

Buna görə də biz təmassız reqbi – “teq-reqbi”ni inkişaf etdirməyə başladıq. Oyunun bu versiyasında idmançılar arasında toqquşma idmançıların kəmərlərinə bərkidilmiş xüsusi lentləri özlərinə tərəf çəkməsi ilə əvəz olunur. Bu zaman həm reqbinin ruhu, həm dinamikası qalır, amma zədə riski minimuma enir. Zamanla valideynləri inandıra bilirik. Bu idman uşaqlarda komanda ruhunu, gücü, çevikliyi və dözümlülüyü inkişaf etdirir.

Eldar Kərimov tələbəsi ilə

– Bir müddət sonra uşaqlar kontaktlı reqbiyə keçir?

– Bəli, bu bizim “kiçik hiyləmizdir”. Uşaqlara müəyyən vaxtdan sonra kontaktlı reqbini təklif edirik və 80–90 faiz hallarda sevinclə razılaşırlar. O vaxta qədər valideynlər də məşqlərdə dəfələrlə iştirak edib və təhlükəsizlikdən əmin olurlar. Bəzi uşaqlar isə teq-reqbidə qalmağa üstünlük verir, bu da tam normaldır. Əsas məqsəd uşaqların oyundan zövq almasıdır. Hazırda məktəblərdə reqbiyə maraq artır, əsasən özəl təhsil müəssisələrində. Bu, ümidverici tendensiyadır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rugby Azerbaijan (@rugbyazerbaijan)

– Qızların reqbiyə marağı varmı?

– Açığı, bəzən oğlanlardan da çox olur. Qızlar xüsusilə kontaktlı oyuna daha böyük həvəs və cəsarət göstərirlər. Məktəblərdə çox cəsarətli və döyüşkən qız nəsli yetişir. Əsas maneə hələlik bəzi valideynlərin qızlarına icazə verməməsidir, amma zamanla bu dəyişəcək. İstedadlı qızlarımız var və yaxın bir-iki ildə qadın reqbisi üzrə yarışlar keçiriləcəyinə inanıram.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rugby Azerbaijan (@rugbyazerbaijan)

– Uşaq evləri ilə əməkdaşlıq davam edirmi?

– Bəli. Bu təşəbbüs Vagif Səadətxana məxsus idi. O, uşaq evlərinə gedir, orada komandalar formalaşdırırdı. Uşaq evindən gələnlər əslində hazır reqbiçilərdir, çünki komanda işi artıq onlarda var. Bizə yalnız qaydaları öyrətmək qalır. Məsələn, 3 nömrəli uşaq evi ötən il məktəb liqasında iştirak edib və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq.

Vaqif Səadətxan

– Onların arasında uğurlu reqbiçilər varmı?

– Bəli. İbrahim Abzotov – uşaq evinin məzunu, Vagif müəllimin yetirməsi, milli komandanın sabiq üzvü və 44 günlük Vətən müharibəsinin veteranıdır. Digəri isə Nəzər Cəfərovdur. O, zəif uşaq idi, amma “Qarabağ”da liderə çevrildi və hətta Gürcüstan gənclər yığmasına dəvət aldı. Müharibə zamanı Şuşayadək gedib və dörd medalla təltif olunub. Bu hekayələr reqbinin necə döyüşçülər yetişdirdiyini göstərir.

– Reqbi ilə məşğul olmaq bahalıdırmı?

– Yox. Özəl məktəblərdə uşaqlar ayda təxminən 100 manat ödəyir. “Qarabağ” klubunda isə aztəminatlı ailələrdən olan uşaqlar üçün məşqlər pulsuzdur. İstəyən hər kəs sosial şəbəkələr vasitəsilə bizə müraciət edə bilər.

– İnvestisiyalar necədir?

– Hazırda federasiyanın sponsoru yoxdur, amma ümid edirik ki, bu, yaxın vaxtlarda dəyişəcək. İllərdir reqbi cəmi bir neçə nəfərin şəxsi vəsaiti hesabına ayaqda qalıb. Həmçinin valideynlərin dəstəyi də böyükdür. 2025-ci ilin əvvəlindən Gənclər və İdman Nazirliyindən rəsmi akkreditasiya və dəstək almağımız böyük addımdır. Nazirliyin dəstəyi ilə U-12 yığmamız Bosniya və Herseqovinada keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutdu. Bu, Azərbaycanın gənclər reqbisi üçün tarixi nəticədir.

"Dunya Warriors" komandası və Eldar Kərimov Gürcüstanda

– Hansı ölkələr reqbidə lider sayılır?

– Avropada Böyük Britaniya və Fransa ön sıralardadır. İtaliya da son illərdə böyük irəliləyiş göstərib. Gürcüstan isə Avropada 6–7-ci yerlər uğrunda İtaliya ilə rəqabət aparır, dünyada isə 12-cidir. Qlobal səviyyədə liderlər Yeni Zelandiya, Avstraliya və Cənubi Afrikadır.

Gürcüstanın uğurları tarixi səbəblərlə bağlıdır — onların qədim “lelo burti” oyunu reqbiyə çox bənzəyir. Biz də onların təcrübəsindən öyrənirik, birgə toplanışlar və turnirlər keçiririk. Məqsədimiz yaxın illərdə reytinqdə Gürcüstana çatmaq və gələcəkdə onunla eyni səviyyədə rəqabət aparmaqdır.

– Yaxın zamanda yarışlar planlaşdırılırmı?

– Bəli, bizi oktyabrın 25-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət ediblər. Yarışda iki məktəb komandası – “EAS Simurg” və “Dunya Warriors” iştirak edəcək. Belə turnirlər gənc reqbiçilərin təcrübə qazanması və gələcək milli komanda üçün əsasın formalaşması baxımından çox vacibdir.

Leyla Eminova

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see210

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see183

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see171

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see139

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see127

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see124

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see118

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

21 Noyabr 2025 15:58see118

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri