Icma.az
close
up
RU
Azərbaycanda cütlük insanların vatsap yazışmalarını ələ keçirərək satıb

Azərbaycanda cütlük insanların vatsap yazışmalarını ələ keçirərək satıb

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda insanların vatsap yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini 2000-ci il təvəllüdlü M.Məcidov və yaşıdı Qazax sakini S.İbrahimovaya Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Məcidov informasiya texnologiyaları sahəsində çalışıb və bir müddət əvvəl həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb. Onlar instaqram sosial şəbəkəsində “Günay Ağayeva” adlı səhifə yaradaraq vatsap yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif ediblər.

Bundan sonra həmin şəxslər çoxsaylı müraciətlər alıblar. Vətəndaşlar vatsap yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətə maraq göstəriblər və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstəriblər.

Onlar bir nömrə ilə iki telefonda vatsap proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə “müştəri”lərə satıblar.

Lakin daha sonra sevgililər bəzi “müştəri”ləri şantaj etməyə başlayıb. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.

Şantaj olunduqlarını görən vətəndaşlar daha sonra polisə müraciət ediblər və cinayət işi açılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxslər etdikləri əməlin cinayət olduğunu bilmədiklərini deyiblər. Məhkəmənin hökmü ilə hər iki şəxsə 5 il həbs cəzası verilib. Ev dustaqlığında saxlanılan M.Məcidov aprelin 3-də məhkəmə zalındaca həbs edilib. S.İbrahimova​nın cəzasının icrası isə öhdəliyindəki azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək təxirə salınıb.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri