Azərbaycanda WhatsApp yazışmalarını paylaşanlar cəzalandırılacaq
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
"Şəxsi yazışmaların qarşı tərəfin razılığı olmadan ekran görüntüsü (screenshot) şəklində sosial şəbəkələrdə paylaşılması son dövrlər təkcə etik deyil, həm də hüquqi müstəvidə ciddi müzakirə olunan məsələlərdən birinə çevrilib".
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı və yazışmaların məxfiliyinin qorunması ilə bağlı kifayət qədər hüquqi təminatlar nəzərdə tutur.
"Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq, eləcə də yazışmaların, telefon danışıqlarının və digər məlumatların məxfiliyinə hüququ var. Eyni zamanda, "Şəxsi məlumatlar haqqında" Qanun fərdi məlumatların yalnız həmin şəxsin razılığı ilə və ya qanunla müəyyən edilmiş hallarda toplanmasına və işlənməsinə icazə verir. Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi və ailə həyatının sirri olan məlumatların, o cümlədən yazışmaların qanunsuz toplanması və yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilib. İnzibati Xətalar Məcəlləsində də fərdi məlumatların qanunsuz açıqlanmasına görə məsuliyyət nəzərdə tutulur".
Bununla belə, deputat hesab edir ki, rəqəmsal dövrdə yaranan yeni çağırışlar qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir.
"Müasir dövrdə ekran görüntüləri saniyələr ərzində minlərlə, hətta milyonlarla insana çata bilir. Bu reallıq nəzərə alınaraq, rəqəmsal platformalarda baş verən bu cür pozuntuların hüquqi mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Mövcud qanunvericilik müəyyən müdafiə mexanizmləri təqdim etsə də, bu sahədə daha konkret hüquqi tənzimləmələrin tətbiqi məqsədəuyğun olardı".
Kamran Bayramov vurğulayıb ki, hazırda hüquqları pozulan şəxslər məhkəmə qaydasında mənəvi ziyanın ödənilməsini və hüquqlarının bərpasını tələb edə bilirlər.
"Lakin iddia prosesinin mürəkkəbliyi və sübutların toplanmasındakı çətinliklər bəzən vətəndaşların hüquqlarının operativ müdafiəsinə mane olur. Bu baxımdan, şəxsi yazışmaların razılıq olmadan sosial şəbəkələrdə və digər kütləvi resurslarda paylaşılmasına görə daha konkret hüquqi mexanizmlərin, o cümlədən ayrıca dəqiqləşdirilmiş inzibati və ya cinayət məsuliyyəti normalarının müəyyənləşdirilməsi həm rəqəmsal davranış mədəniyyətinin formalaşmasına, həm də vətəndaşların şəxsi həyatının toxunulmazlığının daha etibarlı qorunmasına xidmət edər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 31 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















