Icma.az
close
up
RU
Azərbaycanda da böcək unu... AÇIQLAMA

Azərbaycanda da böcək unu... AÇIQLAMA

Icma.az, Olke.az saytına istinadən bildirir.

Avropa Birliyi yaxın gələcəkdə ərzaq böhranının qarşısını almaq üçün qida məhsullarında böcək ununun istifadəsinə yaşıl işıq yandırıb. Rəsmi açıqlamalara görə, bu, həm ekoloji cəhətdən dayanıqlı alternativdir, həm də taxıl və ərzaq çatışmazlığını aradan qaldıra bilər. Lakin bu qərar bir çox sual doğurur: Azərbaycanda da belə məhsullar satıla bilərmi? İnsanlarımız belə qidanı qəbul edərmi? Qida təhlükəsizliyi baxımından hansı risklər var?

Mövzu ilə bağlı Ölkə.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, artıq bir neçə gündür bu mövzu gündəmdədir:

"Ola bilər ki, böcək unu insan sağlamlığı üçün fəsad törətməsin, amma mikrobioloji fəsadlar var və onlardan istifadə zamanı həmin o təhlükələr özünü göstərə bilər. Allergik, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda belə məhsullardan istifadə insan sağlamlığı üçün müəyyən fəsadlar törədə bilər. Ölkəmizin kifayət qədər qida, taxıl ehtiyyatı var. Taxıl əkib-becərmək üçün yetəri qədər bol sulu taxıl ərazilərimiz var. Getdikcə göz oxşayan, əkib-becərilə bilən sahələrimiz olduğu halda bizim böcək ununa heç bir ehtiyyacımız yoxdur. 

Avropanın məsləhət gördüyü digər qidalardan biz yetərincə əziyyət çəkmişik və çəkirik. Bizim sağlamlığımıza dəyən ziyanı heç nə ilə əvəz edə bilmirik və geri qaytara da bilmirik. Dəfələrlə vurğulayırıq ki, insan sağlamlığı ən vacib məsələlərdən biridir. Biz insanların sağlamlığını riskə ata bilmərik. Cəmiyyətdə isə bu, normal qəbul olunmayacaq. İnsanlar öz həyatlarını riskə atmayacaqlar. Bir neçə növ unumuz var. Bunlar olduğu halda böcək ununa ehtiyac duyulmur. 

Avropa Birliyi həmin qidanı hər hansısa bir böhrandan çıxış yolu kimi məsləhət görürsə, hazırda ölkəmizdə heç bir böhran yoxdur. Heç bir qida çatışmamazlığı yoxdur. Heç bir qida sahəsində böhran olmayıb və olacağı da gözlənilmir. Çünki bu günlər yetərincə un ehtiyatımız var. Ona görə də bu cür növbəti yeni qida mənbələrinə inanmıram ki, ehtiyac olsun".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri