Icma.az
close
up
RU
Azərbaycanda dollar bahalaşacaq? AÇIQLAMA

Azərbaycanda dollar bahalaşacaq? AÇIQLAMA

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ-də seçkilər dolların sürətlə dəyər qazanmasın səbəb oldu. Eyni zamanda, Bitkoinin də qiyməti seçkilər fonunda 75 min dollara çatdı. 

ABŞ-də seçkilərin nəticələri Azərbaycanda dolların bahalaşmasına səbəb ola bilərmi? 

Bu barədə Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov deyir ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da öz təsirini göstərdi:

“İnvestorlar Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın daxili bazarına yönəlik siyasətin güclənəcəyini güman edirlər. Tramp vergiləri aşağı salacaq və digər tərəfdən tarifləri artıracaqdır. Belə olan halda, qiymətlər artacaq, inflyasiya sürətlənəcək. Belə bir şərtlər daxilində Federal Ehtiyat Sistemi (FED) məcburən daha sərt pul kredit siyasəti həyata keçirməli olacaqdır. Birinci hakimiyyəti dövründə Tramp daha ucuz dollar siyasətini həyata keçirmək istiqamətində FED-ə təzyiqlər edirdi. İkinci hakimiyyəti dövründə də bu təzyiqlərin artacağı ehtimalları yüksəkdir. Bir tərəfdən  onun siyasət istiqaməti dolların möhkəmlənməsini şərtləndirirsə və bunun üçün iqtisadi konyuktur formalaşdırırsa, digər tərəfdən, Trampın öz administrativ resurslarından və gücündən istifadə edərək   FED-in daha yumşaq humanitar siyasətə keçidlə əlaqədar qərarlarının ortaya çıxmasına gətirib çıxara bilər. Dolların ilkin bazar reaksiyalarından sonra növbəti həftələrdə məzənnəsinin qismən optimallaşacağı ehtimalları çox yüksəkdir”.

Azərbaycanda dolların məzənnəsinin  daha çox neftin qiyməti ilə əlaqədar formalaşdığını deyən iqtisadçı qeyd edib ki,  bu proseslər Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir göstərməyəcəkdir:

“Trampın siyasət istiqamətlərindən biri də ondan ibarətdir ki, böyük ehtimalla Rusiya neftinin dünya bazarlarına təşviqi imkanlarını nisbətən yumşaldacaqdır, əvəzində İran neftinin əlçatanlığını aşağı salacaqdır. Rusiya neftinin burada daha yüksək, böyük həcmli olması növbəti Tramp hakimiyyəti dövründə bazarda neft təklifinin artmasına səbəb olacaq. Lakin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi kimi böyük neft hasilatçılarına müəyyən təzyiqlər nəticəsində neftin qiymətinin dünya bazarlarında aşağı olması istiqamətli siyasət həyata keçirilə bilər. Belə olduğu təqdirdə neftin qiymətinin ucuzlaşması Azərbaycan dolları üçün yeni arzuolunmayan inkişaf senarilərinə yol aça bilər. Cari konyunkturda dolların Azərbaycanda ucuzlaşmasını, yəni manatın devalvasiyasını şərtləndirən hər hansı ciddi faktorlar yoxdur və hələlik qlobal geosiyasi vəziyyətin mürəkkəbliyi neftin də kəskin şəkildə ucuzlaşması ehtimallarını azaldır”.

Moderator.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, ABŞ –də seçkilərin nəticələrinin birjalara təsirini əvvəldən qiymətləndirmək doğru deyil:

“Bir müddət gözləmək lazımdır.Təbii ki, xəbərlər fonunda  birjalarda enmələr, qalxmaları olacaq.Trampın əsas hədəfi ucuz dollar, ucuz neft qiymətləri strategiyasıdır”.

 İqtisadçı hesab edir ki,  ABŞ-də seçkilərin nəticələrinin Azərbaycana təsirləri neftin qiymətlərində ola bilər:

“Çünki ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir. Dünya bazarında dolların qalxmasının və yaxud da enməsinin Azərbaycan manatına birbaşa təsiri yoxdur. Amma neftin qiyməti düşərsə,bu yöndə hökumət və Mərkəzi Bank bir müddətdən sonra müəyyən addımlar ata bilər”. 

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri