Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Smartfon kameraları üçün satılan qoruyucu şüşə və bamperlər istifadəçilərə faydadan çox zərər vurur.
Bizim.Media xəbər verir ki, bu barədə “BGR” nəşri araşdırma dərc edib.
Mütəxəssislər bildirirlər ki, kameranın üzərinə taxılan bu əlavə aksessuarlar çəkiliş keyfiyyətini hiss olunacaq dərəcədə aşağı salır. Xüsusilə kadrlarda arzuolunmaz parıltıların yaranmasına, fokuslanmanın zəifləməsinə, eləcə də gecə rejimi və sensorun düzgün işləməməsinə səbəb olur.
Məqalədə vurğulanır ki, müasir smartfonların obyektivləri istehsal mərhələsindəcə kifayət qədər dayanıqlı şüşələrlə təchiz edilir. Əlavə xərc çəkib şüşə almaq əvəzinə, cihazı qum, toz və metal qırıntıları kimi maddələrdən uzaq tutmaq və linzanı vaxtaşırı yumşaq dəsmalla təmizləmək tövsiyə olunur.
Bundan başqa, ekspertlər uzunluğu 3 metrdən çox olan şarj kabellərini almaqdan çəkinməyi məsləhət görürlər. Bu növ uzun kabellər enerjidoldurma zamanı cihazın həddindən artıq qızmasına yol açır və məlumat ötürülməsinin sürətini əhəmiyyətli dərəcədə azaldır. (Globalinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Avqust 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















