Bakı Şamaxı yolunda asfalt niyə dağılır? SƏBƏBİ AÇIQLANDI
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakı-Şamaxı avtomobil yolunda asfalt örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Yoldakı mövcud vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, sürücülər üçün əlavə risklər yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə verilən məlumata görə, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 68-71-ci kilometrlik hissəsi, Bakı istiqamətində mürəkkəb geoloji şəraitə malikdir:
"Belə ki, ərazidə yerin təkində baş verən geoloji proseslər və torpaq qatlarının hərəkətlənməsi nəticəsində yol örtüyündə çatlar, qabarmalar, sürüşmələr və çökmələr müşahidə olunur. Bu proseslər yol örtüyünün dayanıqlığına mənfi təsir göstərir və deformasiyaların yaranmasına səbəb olur.
Mövcud geoloji şərait nəzərə alınaraq, həmin yol sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi nəzarətdə saxlanılır. Yaranan deformasiyaların aradan qaldırılması, yol örtüyünün istismara yararlı vəziyyətdə saxlanılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq cari təmir işləri həyata keçirilir.
Bununla belə, ərazidə geoloji proseslərin davam etməsi səbəbindən cari təmir işləri mövcud problemlərin aradan qaldırılmasına xidmət etsə də, deformasiyaların təkrar yaranmasını tam istisna etmir. Bu baxımdan, mövcud şəraitə uyğun olaraq yolun təhlükəsiz istismarının təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 29 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















