Icma.az
close
up
RU
Azərbaycanda da Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradıla bilərmi? AÇIQLAMA

Azərbaycanda da Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradıla bilərmi? AÇIQLAMA

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Qazaxıstanda Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilib.

Göründüyü kimi, texnologiyalar sürətlə dəyişir, süni intellekt gündəlik həyatımıza daxil olur.

Maraqlıdır, Azərbaycanda da belə ayrıca bir quruma ehtiyac varmı?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Ölkə.az-a açıqlamasında bildirib ki, Qazaxıstanda ayrıca Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin yaradılması region üçün mühüm presedentdir.

Onun sözlərinə görə, bu addım ölkənin texnoloji inkişafı və süni intellekt sahəsində strateji idarəetməni bir mərkəzdə cəmləşdirmək niyyətini göstərir:

"Belə qurumun formalaşdırılması həm dövlət, həm özəl sektor, həm də akademik mühit arasında koordinasiyanı gücləndirməyə, süni intellekt sahəsində vahid siyasət yürütməyə imkan verir.

Azərbaycanda isə hazırda süni intellektlə bağlı siyasət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə həyata keçirilir və "Süni İntellekt Strategiyası" qəbul edilib. Amma nəzərə alsaq ki, süni intellekt təkcə texnologiya deyil, həm də iqtisadiyyat, hüquq, etik prinsiplər, təhlükəsizlik və təhsil kimi çoxşaxəli sahələrə təsir göstərir, gələcəkdə daha ixtisaslaşmış bir qurumun yaradılması məqsədəuyğun ola bilər.

Belə bir institut və ya ayrıca agentlik süni intellektin tənzimlənməsi, etik normaların işlənməsi, milli dil və mədəniyyət kontekstində AI modellərinin hazırlanması, eyni zamanda innovativ startapların dəstəklənməsi baxımından mühüm rol oynaya bilər. Bundan başqa, beynəlxalq əməkdaşlıq və qlobal texnoloji məkanda Azərbaycanın daha güclü təmsil olunması üçün belə bir qurum strateji üstünlüklər qazandıra bilər".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see183

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see140

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see133

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see127

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see127

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri