TDT nin “Süni intellekt və rəqəmsal inkişaf” diplomatiyası
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda qeyri-rəsmi iclasında çıxış edib.
Nazir regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklərin, davam edən münaqişələrin, hibrid təhdidlərin, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib. Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.
Ceyhun Bayramov “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun aktuallığını qeyd edərək, süni intellekt texnologiyalarının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, səhiyyə və təhlükəsizlik sahələrində sürətli transformasiya yaratdığını bildirib. O, Azərbaycanın rəqəmsal transformasiya və innovasiyaəsaslı inkişaf siyasətinə xüsusi önəm verdiyini bildirib.
Sonda iclas çərçivəsində aparılacaq müzakirələrin türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 May 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















