Icma.az
close
up
RU
Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilirmi? Yeni Gündəm

Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilirmi? Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Ötən ayın son ongünlüyündə Azərbaycanın bir sıra bölgələrində ardıcıl yeraltı təkanlar baş verib. Zəlzələlər Şamaxı, Laçın və Cəlilabad rayonlarında, Mingəçevir su anbarında, Xəzər dənizində qeydə alınıb. Mütəxəssislər daha öncə cari ildə seysmik aktivliyin müşahidə olunacağını qeyd etmişdilər. Bəs görəsən 2025-ci ildə də seysmik aktivlik müşahidə olunacaqmı?
Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev İqtisadiyyat.az-a açıqlamasında 2024-ci ilin seysmik və tektonik ili kimi səciyyələndiyini xatırladıb.

Bu prosesin hazırda da davam etdiyini söyləyən şöbə müdiri bildirib ki, mövcud seysmik və tektonik aktivlik səngimir. Mütəxəssisin sözlərinə görə, bu da o deməkdir ki, 2025-ci ilin əvvəllərində də bu proses davam edəcək:

“Hazırda tektonik dövrlülük davam edir. Düşünürəm ki, ən azı 2025-ci ilin ilk aylarında da bu aktivlik davam edəcəkdir. Amma 2025-ci ildə dağıdıcı zəlzələlər olacağını hesab etmirəm, ölkəmizdə bu gözlənilmir. Çünki Azərbaycan regionunda yerdəyişmə sürəti və intensivliyi digər ölkələr – Mərakeş, Yunanıstan, Yaponiya, Çin, Tayvan və s. ölkələrdəki kimi deyil. Yer səthinin dərinliyindəki hadisələrin intesivliyi fərqlidir. Azərbaycan ərazisi də özünə görə aktivdir, amma müqayisə baxımından biz bunu qeyd edə bilərik. Halbuki bizdə də seysmik aktiv ocaqlar mövcuddur”.

Q.Babayev vurğulayıb ki, Xəzər dənizində seysmik ocaqlar aktiv ocaqlar kimi səciyyələnir: “Eyni zamanda Şamaxı, İsmayıllı, Böyük Qafqazın Cənub-Şərq, Cənub-Qərb yamaclarının hamısı seysmik ocaqlarla zəngindir. Kiçik Qafqazın Şimal, Qarabağ zonası, Naxçıvan ərazisi, Talış seysmik zonalar kimi səciyyələnir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Dekabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri