Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? Seysmoloqdan cavab

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? Seysmoloqdan cavab

Shownews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Minlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqları da gündəmə gətirib.

Bəs Venesuela ilə eyni seysmik qurşaqda yerləşən digər ölkələrdə də güclü zəlzələlər gözlənilirmi? Azərbaycanda seysmik vəziyyət necə qiymətləndirilir və belə bir risk nə dərəcədə realdır?

AZXEBER.COM xəbər verir ki, geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru, seysmoloq Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bu hadisə digər ölkələrdə, o cümlədən Azərbaycanda yaxın günlərdə və ya aylarda güclü zəlzələnin mütləq baş verəcəyini göstərmir. Dünyada seysmik qurşaqlar çox geniş əraziləri əhatə etsə də, hər bir regionda baş verən güclü zəlzələ başqa regionda analoji hadisəni işə salan proses kimi qiymətləndirilmir. Bu, heç də ardıcıl deyil. Yəni, Venesuelada dağıdıcı zəlzələ baş verdisə, indi Azərbaycanda və ya Türkiyədə də analoji hadisənin olacağı anlamına gəlmir. Belə bir birbaşa bağlantı yoxdur; hər bir seysmik zonanın öz geodinamik xüsusiyyətləri və gərginlik rejimi mövcuddur.

Ümumiyyətlə, 2026-cı il dünyada seysmik və tektonik aktivliyin davam etdiyini göstərir. Azərbaycanda da həmçinin, ilin ilk altı ayını təhlil etsək, seysmik və tektonik şəraitin aktiv olduğunu görərik. Digər ölkələrlə müqayisədə bu aktivlik o dərəcədə intensiv olmasa da, proses davam edir. İntensivliyin nisbətən aşağı olması dərinliklərdə baş verən tektonik-geodinamik proseslərin sürəti ilə bağlıdır”.

Seysmoloqun sözlərinə görə, Azərbaycan Alp-Himalay seysmik qurşağının aktiv hissəsində yerləşir və buna görə də ölkəmizdə zəlzələlərin baş verməsi təbii geoloji prosesdir: "Ən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacı (Şamaxı, İsmayıllı, Qəbələ), Şəki-Zaqatala-Balakən zonası, Talış dağları, Quba-Xaçmaz bölgəsi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorudur. Bu ərazilərdə tarixən dağıdıcı zəlzələlər qeydə alınıb. Hazırda isə Azərbaycanda seysmik vəziyyət adi fon səviyyəsində qiymətləndirilir.
Müasir rəqəmsal seysmik stansiyalar şəbəkəsi vasitəsilə ölkə ərazisində baş verən zəif və orta güclü yeraltı təkanlar Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən fasiləsiz izlənilir. İndiyədək əldə olunan elmi məlumatlar yaxın zamanda ölkədə dağıdıcı zəlzələnin baş verəcəyini göstərən etibarlı əlamətlərin mövcudluğunu deməyə əsas vermir.
Hiss olunan zəlzələlər isə qaçılmazdır və 2026-cı ilin altı ayı da göstərir ki, maqnitudası 4 ilə 5.5 aralığında olan təkanların baş verməsi gözləniləndir”.
Seysmoloq vurğulayıb ki, müasir elm zəlzələlərin dəqiq vaxtını, yerini, ocağın dərinliyini və gücünü əvvəlcədən proqnozlaşdıra bilmir: "Bu, qeyri-mümkündür. Alimlər seysmoloji və tektonik amilləri nəzərə alaraq yalnız uzun və ortamüddətli seysmik təhlükəni qiymətləndirə, müəyyən ərazilərdə riskin yüksək olduğunu proqnozlaşdıra və tikinti normalarının buna uyğun tətbiqini tövsiyə edə bilərlər. Amma hadisənin dəqiq zamanını demək mümkün deyil.
Ona görə də Venesuelada baş vermiş faciə Azərbaycanda yaxın vaxtlarda oxşar zəlzələnin mütləq olacağı mənasına gəlmir və bu cür düşüncələr yanlışdır. Bununla belə, seysmik bölgədə yaşadığımız üçün binaların seysmik dayanıqlığının təmin edilməsi, daimi monitorinq sistemlərinin gücləndirilməsi və əhalinin zəlzələ zamanı davranış qaydalarını bilməsi risklərin azaldılmasının əsas şərtləridir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://shownews.az
archiveBu xəbər 21 Avqust 2026 04:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri