Icma.az
close
up
RU
Azərbaycanda daha bir aqropark yaradılıb

Azərbaycanda daha bir aqropark yaradılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

Daha bir aqroparka Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan “CasaAgro Aqropark” Samux rayonunun Nəbiağalı qəsəbəsində yerləşir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. ATM direktoru qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur. “CasaAgro Aqropark” haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu özəl aqropark tərəfindən innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

“CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə minnətdarlığını bildirib. Qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 72 hektar, layihə dəyəri 14,6 milyon manat təşkil edir. Aqroparkda damlama suvarma sistemi altında 5 hektar alma, 8 hektar armud, 15 hektar nektarin, 10 hektar şaftalı, 7 hektar ərik, 3 hektar gavalı, 10 hektar xurma və 9 hektar gilas bitkiləri becərilir.

Çıxışlardan sonra ATM direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini “CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yeri yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri