Icma.az
close
up
RU
Azərbaycanda daha bir aqropark yaradılıb

Azərbaycanda daha bir aqropark yaradılıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.

“Cebheinfo.az” xəbər verir ki, yeni yaradılan “Atena Aqropark” Qubadlı rayonunda yerləşir.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib.

Qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Atena Aqropark” haqqında məlumat verən ATM direktorunun müavini bildirib ki, bu özəl aqropark tərəfindən torpaq sahələrinin mərhələli şəkildə əkin dövriyyəsinə cəlb edilməsi, müasir pivot suvarma sistemlərinin qurulması, qabaqcıl aqrotexniki üsulların və yüksək məhsuldarlığa malik toxum sortlarının tətbiqi planlaşdırılır.

“Atena Aqro Kompleks” MMC-nin direktoru Emin Qasımov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 1860 hektar, layihə dəyəri isə 10,9 milyon manat təşkil edir.

Aqropark işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etməklə, müasir texnologiyalara əsaslanan, məhsuldar və dayanıqlı aqrar istehsal kompleksini formalaşdırır.

Aqroparkın əsas istehsal istiqamətləri ərzaqlıq buğda, arpa, qarğıdalı (dənlik və silosluq), yonca və digər strateji-iqtisadi baxımdan səmərəli kənd təsərrüfatı bitkilərinin becərilməsini nəzərdə tutur.

Su ehtiyatlarından səmərəli istifadə etmək, əkin sahələrinin optimal su təminatını və məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədilə aqroparkda pivot suvarma sistemlərinin tətbiqi hədəflənir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqroparklarla iş sektorunun müdiri Nurlan Verdiyev “Atena Aqropark”ın Qarabağın iqtisadi dirçəlişinə, kənd təsərrüfatının müasir əsaslarla inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verən özəl sektor təşəbbüsü kimi qiymətləndirildiyini bildirib.

Sonra ATM-in direktor müavini Namiq Şalbuzov rezidentin qeydiyyat şəhadətnaməsini “Atena Aqro Kompleks” MMC-nin direktoru Emin Qasımova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir.

Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri