Azərbaycanda demoqrafik inkişafla bağlı dövlət proqramının qəbulu təklif edilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Gələn illərdə səhiyyə xərclərinin artırılması və bunların optimal bölünməsinə baxmaq lazımdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, təkcə xərci artırmaqla deyil, səhiyyə və tibbi xidmətlər dövlətin öhdəliyindədir: "Özəl sektorlar bu öhdəliyə dəstək verərsə, problemlərin həllini daha tez həyata keçirə bilərik. Bütün dünyada uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Bizdə 10-15 ildən sonra əmək bazarında problemin yaranması ilə qarşılaşa bilərik. İndidən demoqrafik inkişafla bağlı dövlət proqramı qəbul etməliyik. Bu gənc nəslin sayında azalma problemləri ilə üzləşməməyimiz üçün vacibdir”.
Bu mövzuda digər xəbərlər:Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu təklif edilib
26 Noyabr 2024 11:59
Azərbaycanda əhalinin sayının artımı ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir
07 Aprel 2025 14:35
Autizmin erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramının qəbulu vacibdir TƏKLİF
26 Noyabr 2024 11:55
Baxış sayı:56
Bu xəbər 06 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















