Autizmin erkən aşkarlanması və reabilitasiyası üçün dövlət proqramının qəbulu vacibdir TƏKLİF
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı təklif edib.
Onun sözlərinə görə, uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir:
“Bu gün genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















