Azərbaycanda doğulan oğlan uşaqları yenə üstünlük təşkil edib
Anews saytına istinadən Icma.az xəbər verir.
2024-cü ilin on ayında ölkədə doğulan uşaqların 53%-ni oğlanlar, 47%-ni qızlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Cari ilin ötən dövründə 86274 uşaq doğulub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm olub.
Azərbaycanda 2023-cü il 112 min 620 körpə doğulub. Onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.
Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
Bir müddət öncə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 7 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
Gülnar Nazimqızı
www.anews.az

Azərbaycanda hansı markalı avtomobillər üstünlük təşkil edir? EKSPERT AÇIQLADI
21 İyun 2025 16:30
Azərbaycanda iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir
31 May 2025 16:57
“Azərbaycanda komandalar aqressiv oyuna üstünlük verir” Simiç
16 Sentyabr 2025 16:16
Avtomobil satışlarında elektromobillərin üstünlük təşkil edilməsi hədəflənir
18 May 2025 23:24
“Oğlan uşağını üstünlük bilən ailələr bunu düşünürmü?”
29 Sentyabr 2025 10:08

