Icma.az
close
up
RU
Azərbaycanda hansı markalı avtomobillər üstünlük təşkil edir? EKSPERT AÇIQLADI

Azərbaycanda hansı markalı avtomobillər üstünlük təşkil edir? EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Əvvəllər Azərbaycan avtomobil bazarında Rusiya istehsalı olan minik avtomobilləri – xüsusilə də Sovet dövründə istehsal edilən modellər – dominant mövqe tuturdu". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli deyib.

Onun sözlərinə görə, bu avtomobillər həm əlçatanlıq baxımından, həm də texniki xidmət imkanlarının sadəliyinə görə əhali arasında geniş yayılmışdı: "Lakin zaman keçdikcə Rusiya avtomobil sənayesində yaranan durğunluq və sənayenin rəqabətqabiliyyətinin azalması bu ölkənin avtomobillərinin bazardakı üstünlüyünü əhəmiyyətli dərəcədə zəiflətmişdir.

Müasir dövrdə Azərbaycanda avtomobil idxalı strukturunda mühüm dəyişikliklər müşahidə olunmaqdadır. Belə ki, artıq bazarda əsas yer tutan avtomobillər Cənubi Koreya (xüsusilə “Hyundai”, “Kia”), Yaponiya (“Toyota”, “Nissan”, “Honda”), və Avropa mənşəli (“Mercedes-Benz”, “BMW”, “Volkswagen”, “Renault” və s.) nəqliyyat vasitələridir. Bu avtomobillər daha yüksək texniki göstəricilərə, yanacaq sərfiyyatında qənaətcilliyə, ekoloji tələblərə uyğunluğa və müasir təhlükəsizlik sistemlərinə malikdir. Bundan əlavə, son dövrlərdə ABŞ və Çin istehsalı olan avtomobillərin də Azərbaycana idxalında artım müşahidə olunur. Xüsusilə elektrik və hibrid avtomobillərin yayılması bu tendensiyanı daha da gücləndirir.

Bununla belə, regionlarda, yəni paytaxt Bakıdan kənarda yerləşən ərazilərdə hələ də Rusiya istehsalı avtomobillərə üstünlük verildiyi müşahidə olunur. Bu meylin səbəbləri sırasında həmin avtomobillərin texniki baxımdan sadə quruluşu, ehtiyat hissələrinin yerli bazarda geniş yayılması və əlçatan olması, eləcə də təmir və xidmət xərclərinin nisbətən aşağı olması dayanır. Bundan əlavə, bu avtomobillərin kənd təsərrüfatı və dağlıq ərazilər kimi çətin relyef şəraitində istifadəyə yararlı olması onların bölgələrdə populyarlığını qoruyub saxlamasına səbəb olur"- deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri