Icma.az
close
up
RU
Azərbaycanda yanacaq bahalaşacaq? AÇIQLAMA

Azərbaycanda yanacaq bahalaşacaq? AÇIQLAMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda dünya enerji bazarında ciddi dalğalanmalar müşahidə olunur.

Neft və neft məhsullarının bahalaşması ilə yanaşı, xüsusilə dizelin qiymətində nəzərəçarpacaq artım qeydə alınır. ABŞ-də dizelin qiymətinin rekord həddə çatması, “Brent” markalı neftin isə 97 dolları keçməsi qlobal enerji bazarında təzyiqin artdığını göstərir.

Ekspertlər hesab edirlər ki, böhranın uzun müddət davam etməsi enerji ilə yanaşı, daşınma, sığorta və logistika xərclərinin də yüksəlməsinə səbəb ola bilər. Bu proses Azərbaycan üçün də müəyyən risklər yaradır. Ölkədə yanacağın daxili qiyməti dünya neftinin qiyməti ilə birbaşa və avtomatik şəkildə formalaşmasa da, qlobal enerji bazarındakı dəyişikliklərin nəqliyyat və logistika xərcləri vasitəsilə dolayı təsirləri mümkündür.

Xüsusilə dizelin bahalaşması yükdaşıma, kənd təsərrüfatı, tikinti və digər sahələrdə xərclərin artmasına səbəb ola bilər.

Bəs neftin qiymətinin 100 dollara yaxınlaşması Azərbaycanda yanacağın qiymətinə təsir göstərə bilərmi? Yaxın perspektivdə benzin və dizelin qiymətində dəyişiklik gözlənilirmi və belə bir artım nəqliyyat xərclərinə, eləcə də digər məhsul və xidmətlərin qiymətlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, dünya bazarında neftin qiymətinin 97-100 dollar səviyyəsinə yüksəlməsi fonunda Azərbaycanda yanacağın qiymətinin avtomatik artacağını söyləmək düzgün olmazdı. Onun sözlərinə görə, Azərbaycanda strateji məhsul və xidmətlərin qiymətlərini Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir və bu qiymətlər müvafiq qurumların təqdimatları əsasında nəzərdən keçirilir:

“Azərbaycanda isə yanacaq qiymətləri yalnız dünya neftinin qiymətindən formalaşmır. Burada yanacağın maya dəyəri, istehsal və emal xərcləri, logistika, vergi və aksizlər, həmçinin inzibati və digər xərclər, eləcə də dövlətin qiymət siyasəti mühüm rol oynayır. Ona görə də dünya bazarında neftin bahalaşmasını daxili yanacağın qiymətinə birbaşa və eyni nisbətdə bağlamaq iqtisadi baxımdan yetərsiz yanaşma olardı. Xüsusilə vurğulamaq lazımdır ki, yanacağın son qiymətində xərc strukturunun, o cümlədən əməliyyat və inzibati xərclərin səviyyəsi ciddi əhəmiyyət daşıyır. Yəni qiymətin formalaşmasını yalnız xammalın , neftin bahalaşması ilə izah etmək kifayət deyil. Neft bahalaşdısa deməli yanacaq da eyni nisbətdə bahalaşmalıdır yanaşması sadələşdirilmiş və birtərəfli yanaşmadır. Təəssüf ki, dünya bazarında neft ucuzlaşanda bu ucuzlaşmanın daxili bazarda eyni sürətlə hiss olunması məsələsi də həmişə gündəmə gəlmir. Halbuki qiymət formalaşmasının bütün komponentləri şəffaf şəkildə izah edilməlidir. Mənim müşahidəmə görə, hazırkı mərhələdə də əsas məsələ yalnız xammalın qiyməti deyil, yanacağın real maya dəyəri və xərc strukturudur. Əgər əməliyyat, inzibati və digər xərclər yüksəkdirsə, dünya bazarında neftin ucuzlaşmasının da, bahalaşmasının da daxili qiymətə təsiri eyni formada olmur. Bu səbəbdən hesab edirəm ki, yanacağın qiymətinin dəyişdirilməsi məsələsində ilk növbədə xərc strukturunun obyektiv və əsaslandırılmış şəkildə ortaya qoyulması vacibdir”.

Ekspert qeyd edib ki, dünya bazarında xüsusilə dizel və digər neft məhsullarının bahalaşması nəqliyyat sektoru üçün real risk yaradır:

“Yanacağın pərakəndə qiyməti dəyişməsə belə, daşımaların maya dəyəri arta bilər. Çünki beynəlxalq yükdaşımalar zamanı yanacaqla yanaşı, tanker və nəqliyyat tarifləri, sığorta, liman və logistika xərcləri də yüksəlir. Bu artım son nəticədə məhsulların maya dəyərinə daxil olaraq istehlakçı qiymətlərinə təzyiq yaradır. Yəni yanacaq bahalaşmasa belə, onun bahalaşmasının iqtisadiyyata dolayı təsiri qaçılmaz ola bilər. Əgər yanacağın daxili qiymətində artım baş verərsə, Azərbaycan hökuməti bunun nəticələrini kifayət qədər yaxşı bilir. Çünki yanacağın qiyməti yalnız sürücünün xərci deyil -avtobus, taksi, yük maşını, kənd təsərrüfatı texnikası, tikinti, logistika və demək olar ki, bütün məhsulların daşınma xərcidir. Buna görə yanacağın qiymətində hər hansı artım ilk növbədə nəqliyyat sektorunda, daha sonra isə ərzaq, tikinti materialları və digər məhsul və xidmətlərin maya dəyərində özünü göstərə bilər. Deməli, hökumətin qərar verərkən yalnız yanacaq bazarını deyil, bu qərarın bütün iqtisadi zəncir üzrə yaratdığı ikinci dərəcəli təsirləri də nəzərə alması vacibdir”.

A.İbrahimov vurğulayıb ki, əsas risk də məhz burada başlayır. Əgər Hörmüz böhranı uzun müddət davam edərsə, məsələ artıq bir barel neftin neçə dollara satılmasından çıxıb bütün logistika zəncirinin bahalaşmasına çevriləcək:

“Neftin 100 dollar ətrafında qısa müddət qalması idarəolunan şokdur. Amma 110-120 dollar səviyyəsinin bir neçə ay qorunması nəqliyyat, sığorta, logistika və idxal xərcləri üzrə ciddi təzyiq yarada bilər. Bu halda Azərbaycan hökumətinin qarşısında iki seçim olacaq: ya qiymət artımının bir hissəsini daxildə kompensasiya etmək, ya da onun inflyasiya və sosial təsirlərini idarə etmək. Azərbaycan üçün proses ikili effekt yaradır. Bir tərəfdən neftin bahalaşması ölkənin ixrac və valyuta gəlirlərini artırır, digər tərəfdən qlobal enerji və logistika xərclərinin yüksəlməsi daxili bazarda xərc inflyasiyasını gücləndirir. Ona görə yüksək neft qiymətinin Azərbaycan üçün yalnız müsbət və ya yalnız mənfi olduğunu söyləmək düzgün deyil. Biz neftin bahalaşmasından gəlir əldə edən ölkəyik, amma paralel olaraq həmin bahalaşmanın yaratdığı qlobal xərc artımını da idxal edirik. Neftin bahalaşması özü ilə birlikdə inflyasiya da gətirir.

Düşünürəm ki, mənim mövqeyim kifayət qədər aydındır, Azərbaycanda yanacağın qiymətinin dünya neft qiymətinə mexaniki şəkildə indeksləşdirilməsi iqtisadi reallığı əks etdirmir. Burada maya dəyəri, istehsal və emal xərcləri, vergi və aksizlər, logistika, əməliyyat və inzibati xərclər və dövlətin qiymət siyasəti birlikdə nəzərə alınmalıdır. Hazırkı mərhələdə əsas təhlükə yanacağın qiymətinin dərhal bahalaşması deyil, enerji şokunun nəqliyyat və logistika xərcləri vasitəsilə digər məhsul və xidmətlərin qiymətlərinə ötürülməsidir. Əgər yanacağın qiymətində artım qaçılmaz hesab edilərsə, o zaman bu artımın iqtisadiyyatın digər sahələrinə təsirini də əvvəlcədən hesablamaq lazımdır. Çünki yanacağın qiymətini artırmaq asandır, amma onun yaratdığı ikinci və üçüncü dalğa qiymət artımlarını geri qaytarmaq daha çətindir”./sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see280

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see270

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see268

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see262

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see259

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see254

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see241

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see240

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see238

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see233

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see227

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see225

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see220

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see208

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see206

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see205

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see189

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see186

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see184

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri