Icma.az
close
up
RU
Azərbaycanda dönər kabusu davam edir Kütləvi zəhərlənmələr bir birini əvəzləyir

Azərbaycanda dönər kabusu davam edir Kütləvi zəhərlənmələr bir birini əvəzləyir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda dönərdən qaynaqlanan zəhərlənmə halları artıq adi hadisəyə çevrilib. Ölkənin müxtəlif bölgələrində vətəndaşlar ucuz yeməyin qurbanına çevrilir, kütləvi şəkildə xəstəxanaya düşürlər. Son günlərdə daha bir rayonda qeydə alınan kütləvi zəhərlənmə isə insanların səbrini daşırıb.

İlkin məlumatlara görə, həmin rayonda fəaliyyət göstərən dönərxanada yeyilən qida bir neçə saat ərzində onlarla insanın səhhətini pozub. Zəhərlənmə əlamətləri ürəkbulanma, qusma, yüksək hərarət və halsızlıq səbəbindən çoxsaylı vətəndaş xəstəxanaya müraciət edib.

Bu, ilk hadisə deyil. Son aylarda Bakı da daxil olmaqla bir çox rayon və şəhərlərdə dönərdən qaynaqlanan kütləvi zəhərlənmə faktları qeydə alınıb. Maraqlıdır ki, hər dəfə eyni ssenari təkrarlanır. İnsanlar xəstəxanaya düşür, obyekt bağlanır, nümunələr götürülür və… məsələ yenə unudulur. Bir neçə həftə sonra isə başqa rayonda eyni faciə baş verir.

Ekspertlər bildirirlər ki, bir çox dönərxanada sanitar-gigiyenik normalar kobud şəkildə pozulur. Ət keyfiyyətsiz, saxlama şəraiti yararsız, işçilər tibbi müayinədən keçmədən fəaliyyət göstərirlər. Lakin müvafiq dövlət qurumlarının bu iaşə obyektlərinə nəzarəti ya zəifdir, ya da formal xarakter daşıyır.

İnsanlar haqlı olaraq narazıdır. Bir parça dönərə görə niyə həyatımız təhlükəyə atılır? Əgər hər dəfə onlarla insan xəstəxanaya düşürsə, deməli problem sistemlidir və təkcə bir obyektlə məhdudlaşmır.

Hədbir görülmədiyi halda dönər yemək sadəcə “ucuz yemək” yox, ölümlə nəticələnə biləcək risk olaraq qalacaq. Vətəndaşların səhhəti ilə oynamaq isə nə satıcının, nə də məsuliyyət daşımayan qurumların haqqı deyil.

Belə olmaz! İnsanların həyatı bir parça dönərə qurban verilməməlidir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri