Icma.az
close
up
RU
Azərbaycanda dövlət idarəçiliyində robot inqilabı Süni intellekt məmur erasını bitirir

Azərbaycanda dövlət idarəçiliyində robot inqilabı Süni intellekt məmur erasını bitirir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və əməliyyatların robotlaşması son dövrlərdə diqqət mərkəzindədir. Bu yeniliklər qərar qəbul etmə prosesini sürətləndirir, eyni zamanda bəzi iş yerlərinin azalması riskini yaradır. Ekspertlər bildirirlər ki, süni intellekt yalnız dəstək aləti olmalı, son qərarlar insan tərəfindən təsdiqlənməlidir. Həmçinin əmək bazarında yaranacaq boşluqların idarə olunması üçün peşə hazırlığı və yenidən ixtisaslaşma proqramları vacibdir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, burada iki əsas məsələ mövcuddur: birincisi qərarın məsuliyyəti, ikincisi isə əmək bazarında iş yerlərinin azalması.
“Qərarın məsuliyyəti nədir? Əsasən, son qərarı insan təsdiq etməlidir. Dövlət qurumları tövsiyə verir, amma qərarın tətbiqi və təsdiqi insan tərəfindən aparılır”, – deyə ekspert vurğulayıb.
Natiq Məmişov qeyd edib ki, bu yanaşma artıq Avropa İttifaqı, Kanada kimi ölkələrdə tədricən standartlaşır və son nümunələrdən biri Sinqapurda müşahidə olunub. Burada vacib məsələlərdən biri modelin dizaynıdır: vendor və dövlət qurumları hansı məlumatlardan istifadə edir, məlumatın keyfiyyəti necədir, data tərəfdə məsul olan şəxs kimdir. Alqritmin seçimi, modelin hazırlanması və sistemin idarəsi də bu çərçivəyə daxildir.
Ekspertin sözlərinə görə, qərarın tətbiqi həmişə insan tərəfindən edilməlidir:
“Dövlət sektorunda maşın öyrənmə sistemləri istifadə olunsa da, çıxan qərarın izah edilə bilməsi vacibdir. Modeldə audit loqları olmalı, versiyalar izlənməli və yoxlamalar aparılmalıdır. Bu təmin olunmadan süni intellektin kritik sahələrdə istifadəsi təhlükəli sayılır”, – deyə o bildirib.
Alqoritmin şəffaflığının da önəmli olduğunu vurğulayan Natiq Məmişov bildirib:
“Model hansı düsturlardan və xüsusiyyətlərdən istifadə edib? Risk necə hesablanır? Vətəndaş çıxan qərara etiraz edə bilərmi və haqlı çıxa bilərmi? Süni intellekt yalnız prosesləri transformasiya edir".

Natiq Məmişov iş yerlərinin itirilməsi riskinə gəlincə bunun tam bir işsizlik dalğası yaratmayacağını, sadəcə peşə transformasiyasına səbəb olacağını bildirir. Məsələn, əvvəllər kredit mütəxəssisinin gördüyü texniki işi indi maşın öyrənmə modelləri icra edir, lakin işçilər bu texnologiyanı idarə etməyi öyrənərək yeni bacarıqlar qazanırlar. Dövlətin həyata keçirdiyi "ömür boyu təhsil" proqramları sayəsində kütləvi işsizliyin qarşısını almaq və iş prosesini daha səmərəli qurmaq mümkündür. Beləliklə, robotlar işçiləri tam əvəz etmir, sadəcə onların iş şəraitini optimallaşdırır.
“Müştəri tövsiyə verir, sistem ilkin qərarı çıxarır, amma son qərar insanda qalır. Beləliklə, süni intellekt yalnız iş şərtlərini optimallaşdırır, işçilərin yerini tam olaraq əvəz etmir. Ödəniş və digər proseslər hələ də insan nəzarətində qalır; sistem sadəcə əməliyyatları daha səmərəli edir, qərarın məsuliyyəti isə hər zaman insanda saxlanılır”, – deyə Natiq Məmişov vurğulayıb.
Qeyd edək ki, süni intellekt dövlət idarəçiliyində yalnız dəstək vasitəsi kimi istifadə olunmalı, kritik qərarların məsuliyyəti hər zaman insanlarda qalmalıdır.
Əfsanə Kamal
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri