Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Animasiyada süni intellekt inqilabı

Animasiyada süni intellekt inqilabı

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Animasiya dünyası 2025-ci ildə süni intellektin başdan sona səhnələr yarada biləcəyi bir nöqtədədir. Ancaq bu sürət və güc sənaye üçün yeni bir sual yaradır: Əsl yaradıcılıq harada başlayır və harada bitir?

Banco.az xəbər verir ki, əllə çəkilmiş kadrların rəqəmsala keçməsindən onilliklər ötüb. Amma 2025 animasiya dünyasında bəlkə də ən köklü dəyişikliyə şahidlik edir. Artıq süni intellekt yalnız köməkçi bir alət deyil; səhnələri başdan sona yarada bilən, səsləri təqlid edən və həftələrlə görüləcək işi dəqiqələr içində tamamlaya bilən yaradıcı bir müttəfiqdir. Lakin bu sürət və güc sektorda böyük bir sualı da gündəmə gətirir: “Əgər bir maşın mənim etdiyimi edə bilirsə, mən niyə buradayam?”

Bu dəyişikliyi müzakirə etmək üçün “And Action” şirkətinin CEO-su Bohdan Lisik səkkiz yaradıcı peşəkarı bir araya gətirib. Ortaya çıxan mənzərə isə təkcə texnologiyadan ibarət deyil; kimlik, sənətkarlıq və yaradıcılığın gələcəyi ilə bağlı ciddi bir sorğulamanı göstərir.

“VML Health”in qlobal kreativ direktoru Xalid Latifə görə, süni intellekt artıq yalnız təkrarlanan işləri sürətləndirən bir köməkçi deyil, “qəribə bir yaradıcı müttəfiqdir.” “Uncommon Creative Studio”dan Dillah Zakbah isə onu “animasiya dünyasının pulsuz təcrübəçisi” adlandırır; ideyaları prototipləşdirmə müddətini qısaldır, bir neçə yanaşmanı test etməyi mümkün edir. İcraçı prodüser Mat Delorenzi bunun sayəsində təqdimat, senari, animatik və üslub nümunələrinin şirkət daxilində daha qısa müddətdə hazırlandığını, xərclərin azaldığını bildirir.

Amma bu sürətin bir əvəzi də var. Bəzi studiyalar səsvermə və storibord kimi sahələrdə 30 faizə qədər qənaət edərkən, digərləri süni intellektin vəd etdiyi məhsuldarlığın hər zaman gerçəkləşmədiyini vurğulayır. Xüsusilə yaradıcılıq prosesindəki “qeyri-məhsuldar” anların yoxa çıxması riski bir çox peşəkarın ortaq narahatlığıdır.

Müştəri tərəfdə isə gözləntilər dəyişkəndir. Bəzi brendlər süni intellekti yenilik kimi görür, digərləri isə müəlliflik hüquqları, plagiat və intellektual mülkiyyət məsələlərində ehtiyatlı davranır. Bu isə belə bir sualı ortaya çıxarır: “Süni intellekt niyə işləri ucuzlaşdırmır?” Çünki istehsal sürətlənsə də, yekun iş hələ də insan gözü, estetik mühakimə və dəqiq redaktə tələb edir.

Başqa bir dəyişiklik isə giriş baryerlərinin azalmasıdır. Əvvəllər təhsil, təcrübə və yüksək istehsal büdcəsi tələb edən animasiya indi sadəcə yazılı bir əmrlə yaradıla bilir. Bu demokratikləşmə kiçik bizneslərdən fərdi yaradıcıya qədər hər kəsin məzmun istehsal etməsinə imkan verir. Amma bununla yanaşı estetik yekdillik və aşağı keyfiyyət riski də gəlir.

Bəs bu yeni mühitdə kim ayaqda qalacaq? Mütəxəssislər yalnız texniki bacarığın yetərli olmayacağı barədə həmfikirdir. Sənət rəhbərliyi, hekayə nəqli, estetik duyum və insan yaradıcılığı süni intellektin təmin edə bilməyəcəyi sahələr kimi önə çıxır. Xalid Latif deyir: “Süni intellekti filtr kimi istifadə edin; şablonları aradan qaldırın, sonra isə öz təcrübənizlə orjinal bir şey yaradın.”

Hər yaradıcı bu dəyişikliyi eyni şəkildə qəbul etmir. Bəziləri etik narahatlıqlar səbəbindən süni intellektdən uzaq durur, iş itkilərini və keyfiyyətin düşməsini əsas göstərir. Digərləri isə tamamilə süni intellekt yönümlü istehsala yönəlir və ya hibrid modellər qurur.

Nəticə etibarilə, 2025 animasiyası qaydaların yenidən yazıldığı bir sərbəst enişin ortasındadır. Hər kəsin eyni alətlərə çıxış imkanı olduğu bir dünyada fərq yaradan amil texnologiyadan necə istifadə etdiyiniz deyil, izləyici ilə qurduğunuz həqiqi bağdır. Çünki animasiya heç vaxt yalnız piksellərdən ibarət olmayıb; həmişə onların arxasındakı insan hekayəsi ilə mövcud olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://banco.az
archiveBu xəbər 16 Avqust 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri