Icma.az
close
up
RU
Azərbaycanda dövlət maraqları necə qorunur? KONKRET

Azərbaycanda dövlət maraqları necə qorunur? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyi üçün ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd hesab olunmaqdadır. İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsinin daim öz aktuallığını qoruması da bu baxımdan heç də təsadüfi sayılmır. Ölkəmizdə, Azərbaycanda da ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda durur, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.

İctimai maraqlar dedikdə, tək bir fərdin maraqları deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraqlardır. Bu anlayış əlbəttə ki, individual mahiyyəti ümumi anlayışa yönləndirən, xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. Təbii ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir. İctimai maraq daha böyük anlayışdır və bunu fərdlər özləri də yaxşı bilirilər. Onu da yaxşı bilirlər ki, ictimai maraqları da tənzimləyən, müdafiə edən elə məhz dövlətdir. Ölkəmizin təcrübəsinə belə istinad etdikdə görürük ki, dövlət ictimai maraqların keşiyindədir. Bəli ölkəmiz üçün bu hal xarakterikdir və cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilir.

Dövlət maraqlarının, ictimai və milli maraqların təmin olunması məsələsi bizim üçün hər zaman olduğu kimi, ən birinci, ən qabaqcıl yerdə dayanır. Daha dəqiq desək, Azərbaycan Respublikasında bu məsələ hər zaman olduğu kimi indi də prioritetdir. Onu da unutmaq lazım deyil ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir. Eləcə də nəzərə almaq lazımdır ki, milli maraqlar, ictimai maraqlar, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu hesab olunmaqdadır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyətdir. Ona görə də cəmiyyətimiz intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Cənab Prezident İlham Əliyevin məhz ölkəmizin apardığı siyasətin təməlində dövlət maraqlarının, xalqla iqtidar arasında birliyin dayandığını bəyan etməsi heç də təsadüfi deyil. Bu o deməkdir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, ictimai və dövlət maraqlarının qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün ilk növbədə hər bir tərəf öz üzərinə düşən məsuliyyəti nəzərə almalı və öz üzərinə düşəni yerinə yetirməlidir. Biz hamımız şahidiyik ki, dövlətimiz bu istiqamətdə öz üzərinə düşəni edir. Amma bununla yanaşı, vətəndaşlarımızın da öz üzərinə düşəni etməsi gərəkir. Bilmək lazımdır ki, hər bir vətəndaş ilk növbədə dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli, dövlətin müəyyənləşdirdiyi qanunlara əməl edərək, öz tövhəsini verməlidir. Nəzərdən qaçırmaq olmaz ki, vətəndaşlar normalara həssas yanaşmalı, ələlxüsus da ictimai mənafeyə zərər vuracaq addımlar atmamalıdırlar və ictimaiyyət özü də bu məsələlərə xüsusi diqqət ayırmalıdır. Bir halda ki, dövlət ictimai asayişi təmin edir, ictimai maraqları qoruyur, deməli, eyni zamanda, vətəndaşlar da vətənə bağlılıqlarını itirməməlidirlər. Vətənə bağlılıq, vətənpərvərlik hər bir vətəndaş üçün ən həssas məqam hesab olunmalıdır.

Azərbaycan dövlətinin həm ictimai, həm də milli maraqları daim öndə saxlaması ölkənin inkişafı və güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hər bir dövlətin varlığı üçün dövlət maraqları əsas prinsip olmalıdır:

“Dövlət maraqları öndə olanda həmin ölkə və millət daim dünyada sayılıb-seçilən xalqlardan olur. Sevindirici haldır ki, Azərbaycan dövlət maraqlarını hər zaman ön planda tutur. Xalqımız müstəqilliyin nə olduğunu yaxşı anlayır və lazım gəlsə, onun qorunması üçün canını fəda etməyə hazırdır. Tariximiz bunun dəfələrlə şahidi olub”, – deyə Abbaslı vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, ictimai maraqların qorunması da dövlətin güclənməsində mühüm rol oynayır:

“İctimai maraqlar əslində xalqın maraqlarının öndə tutulması deməkdir. Dövlət buna sadiq qaldıqda, xalqın dəstəyini hər zaman arxasında hiss edir. Azərbaycanda sevindirici haldır ki, həm dövlət, həm də ictimai maraqlar daim ön plandadır və artıq bu, oturuşmuş sistemə çevrilib”, – o, bildirib.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri