Icma.az
close
up
RU
Azərbaycanda tolerantlıq modeli necə qorunur? KONKRET

Azərbaycanda tolerantlıq modeli necə qorunur? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda dünya sözün həqiqi mənasında dini və milli dözümsüzlükdən əziyyət çəkir. Elə bir gün olmur ki, dünya mətbuatı aqressiya, hücum, zorakılıq kimi mövzularda xəbərlər dərc etməsin. Ölkəmizdə müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyəti ta qədimdən indiyəcən qorunub saxlanmaqdadır. Azərbaycan xalqı əsrlər boyu müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb. Ölkəmizdə hər zaman yüksək tolerantlıq mühiti hökm sürüb və insanlar əmin-amanlıq şəraitində yaşayıb. Respublikamızda hər kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. 25 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur. Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.

Azərbaycanda dini və milli tolerantlıq tarixən formalaşmış dəyərlərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, son illər xarici ideoloji təsirlərin bu mühitə xələl gətirmək cəhdləri də müzakirə mövzusudur.

KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, “tolerantlıq” anlayışı Qərb mənşəli termin olsa da, onun mahiyyəti Azərbaycan xalqının əsrlər boyu yaşatdığı həyat tərzi ilə üst-üstə düşür.

“Azərbaycan cəmiyyətində müxtəlif millətlərə və dinlərə mənsub insanların birgə yaşayışı tarixi ənənələrə əsaslanır. İlahiyyatçı hesab edir ki, milli və dini tolerantlığın daha da gücləndirilməsi ölkənin üzləşə biləcəyi təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix boyu müxtəlif xarici qüvvələr Azərbaycanda milli və dini zəmində parçalanma yaratmağa cəhd göstəriblər. Dövlətin həyata keçirdiyi siyasət, aidiyyəti qurumların fəaliyyəti və cəmiyyətin həmrəyliyi bu cəhdlərin nəticəsiz qalmasına səbəb olub. Xalqın birlik nümayiş etdirməsi xüsusilə 44 günlük Vətən müharibəsi dövründə özünü aydın şəkildə göstərib”.

İlahiyyatçı Azərbaycanın dini tolerantlıq modelinin beynəlxalq səviyyədə də maraq doğurduğunu bildirib.

“Bir sıra müsəlman ölkələrindən nümayəndələr Azərbaycanda müxtəlif məzhəblər arasında mövcud olan həmrəylik təcrübəsini öyrənməyə gəlirlər. ölkədə eyni məsciddə müxtəlif məzhəblərin nümayəndələrinin birlikdə ibadət etməsi, eləcə də müsəlman, xristian və yəhudi dini icmalarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi tolerantlığın praktik nümunəsidir.

Bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti mühüm rol oynayır. Dini icmalarla mütəmadi görüşlər keçirilir, onların fəaliyyəti dəstəklənir, həmçinin dini konfessiyaların inkişafı üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır.

Dini radikalizm və məzhəbçilik meyllərinin əsas mənbələrindən biri xarici dini təsirlərdir. Xaricdə dini təhsil almış bəzi şəxslər müxtəlif ideoloji istiqamətləri Azərbaycanda yaymağa çalışırlar ki, bu da cəmiyyətdə qütbləşmə riskini artırır. Sosial şəbəkələr, xüsusilə videoplatformalar vasitəsilə dini radikalizm və məzhəbçilik təbliğatı aparılır”.

Tural İrfan bildirib ki, belə halların qarşısının alınması üçün maarifləndirmə işlərinin genişləndirilməsi və milli dini kadrların hazırlanması vacibdir. Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunda yetişdirilən mütəxəssislər gələcəkdə xarici təsirlərin azalmasına və ölkənin öz dini modelinin daha da möhkəmlənməsinə töhfə verə bilərlər.

İlahiyyatçı sonda vurğulayıb ki, Azərbaycanın tolerantlıq ənənəsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bu dəyərlərə xələl gətirə biləcək bütün xarici təsirlərin qarşısının vaxtında alınması xüsusi əhəmiyyət daşıyır.

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri