Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycanda elektrik şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilir.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu, “bir pəncərə” prinsipinin tətbiqi və elektron xidmətlərin genişləndirilməsi nəticəsində mümkün olur.
P.Şahbazov qeyd edib ki, prosedurların sadələşdirilməsi, xidmətlərin şəffaflığının artırılması və enerji təchizatının etibarlılığına dair məlumatların açıqlanması biznesin inzibati yükünü azaldır.
O bildirib ki, enerji səmərəliliyinin artırılması da milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun enerjiyə qənaət edən texnologiyaların tətbiqini, bu sahəyə sərmayə qoyuluşunu və yeni xidmət bazarlarının inkişafını təşviq edir.
Nazir əlavə edib ki, bu tədbirlər istehsal xərclərini azaltmaqla yanaşı, enerji auditi və enerji idarəçiliyi kimi sahələrdə sahibkarlıq üçün yeni imkanlar yaradır.
P.Şahbazov vurğulayıb ki, energetika sektorunun dayanıqlı və rəqabətqabiliyyətli inkişafı bundan sonra da əsas prioritetlərdən biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Oktyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















