İlham Bayramov: Azərbaycanda su şəbəkəsinə qoşulma prosesi daha da sadələşdirilib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanda su şəbəkəsinə qoşulma prosesi daha da sadələşdirilib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə su ehtiyatlarının artırılması və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə dövlət proqramı icra olunur:
"Əsas hədəflərdən biri su idarəçiliyində rəqəmsallaşmadır. Bu, su itkilərinin azaldılmasına imkan verəcək. Agentlikdə bu istiqamətdə xüsusi işçi qrupu da yaradılıb".
O əlavə edib ki, 2025-ci il yanvarın 2-dən etibarən ölkədə su şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar qüvvəyə minib:
"Əgər əvvəl bu proses 13 mərhələdən ibarət idisə, hazırda bu mərhələlərin sayı 3-ə endirilib və maksimum 30 gün ərzində tamamlanır.
Müraciətlər "Elektron Su Portalı", "ASAN Xidmət" mərkəzləri və "KOB evləri" vasitəsilə həyata keçirilir. Ödənişlər isə müvafiq qaydalara uyğun aparılır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















