Icma.az
close
up
RU
Azərbaycanda elmin inkişafına mane olan amillər çoxdur

Azərbaycanda elmin inkişafına mane olan amillər çoxdur

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Redaktor.az Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi ilə müsahibəni təqdim edir: 

- “Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin elm sahələri üzrə Siyahısından çıxarılan dövri elmi nəşrlər” haqqında ALİ ATTESTASİYA KOMİSSİYASI RƏYASƏT HEYƏTİNİN 02 may 2025-ci il tarixli QƏRARI yayınlanıb. Bu qərar nəyi ifadə edir?

- Qərarın tam adı “Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier) olmadığı səbəbindən “Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin elm sahələri üzrə Siyahısı”ndan çıxarılan dövri elmi nəşrlər” olaraq yayınlanıb və narahat edici bir mənzərəni ifadə edir. Yani, dövlət qurumu olaraq bundan sonra bu jurnallarda məqalə çap olunması tövsiyə olunmur. Siyahının ilk pilləsində “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun Elmi əsərləri”, Bakı Dövlət Universitetinin “Bakı Universitetinin Xəbərləri” elmi jurnalları və Azərbaycanın elmi potensialını son yüz ildə təmsil edən əlliyə qədər  yüksək dərəcə ciddi elmi jurnallar artıq elmi jurnal olaraq qəbul edilməyəcək. Bu jurnallarda hər il 4-5 min adda samballı elmi məqalələr çap olunur ki, bu məqalələrin diskvalifikasiya olunması ciddi hadisədir və qəbul olunan hal deyil.

Əgər baş verənlərin hansı anlaşılmamazlıqdan irəli gəldiyini bilməsəydim, düşünmək olardı ki, bu addım bir təxribatdır. Ancaq səriştəsizlikdən də təxribat xassəli hadisələr baş verə bilir. Təqdim olunan siyahıda elmiliyi sual altına alınmış jurnallar Azərbaycanın elmi potensialının arxividir və milli sərvətimizdir. Bu jurnalların mötəbərliyini sual altına qoymaqdansa qabaqgörən layihələri tətbiq etmək, DOİ indeksi ilə əlaqədar layihə təqdim etmək, jurnalların elmi nüfuzunu artırmaq üçün  konkret tədbirlər həyata keçirmək olardı. Ola bilsin ki, AAK funksionerləri də bu işi həyata keçirməyin metodikasını bilmirlər və bu səbəbdən də səriştəsizliyi elmi müəssisələrin üzərinə qoyurlar. DOİ ilə əlaqdar “kim hardan istəyir alsın” düşüncəsi heç də dövlət qurumu yanaşması deyil.

- Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier) nəyə lazımdır və bu o qədər vacibdir ki, nüfuzlu elmi jurnalların ləgv olunmasına səbəb olur?

- Son 10-15 ildə dünyada “elektron elm” anlayışı dövriyyəəyə daxil olub. Elektron məkanda elmi jurnallar İSSN idintifikatoru ilə müəyyənləşdirilir, jurnala daxil olan məqalələr üçün DOİ indeksi müəyyənləşdirilib, Müəlliflər ORCİD identifikaroru ilə tanınırlar və nəticədə qlobal akademik mühit formalaşır.

DOİ indeksini təsis edən və dünyanın bütün elmi jurnallarına paylayan mərkəz crossref (www.crossref.org) müəssisəsidir. Əyər AAK bir neçə il öncədən layihə təqdin etsəydi Respublikanın bütün elmi jurnalları üçün bu indeksi tədarük edib sivil qaydada indeksləşməni həyata keçirmək olardı. Ancaq “hədələmə yolu ilə” hər müəssisə müxtəlif vasitəçi şirkətlərdən, ikinci və üçüncü əldən indeks alıb jurnalını indeksləşdirmək heç də düzgün yol deyil. Bu prosesləri tənzimləyən, dəstəkləyən qurumlar arasında kordinasiya olmadıgından belə bir mənzərə qarşıya şıxır.

DOİ ilə əlaqədar tələblər lazım olan müasir normaların bir hissəsidir və tələblərin bu şəkildə epizodlarla dövriyyəyə daxil olunması anlaşılmazdır. “Elektron Elm” sahəsində bir çox normaların təlim edilməsi vacibdir. Elmi jurnalların düzgün qiymətləndirilməsi, identifikatorlar haqqında məlumatlar, elmi məqalələrin strukturuna qoyulan tələblər, referatlaşma və abstraktlaşdırma ilə əlaqədar başarıqlar, elmi isnadlar haqqından məlumat, beynəlxalq biblioqrafik təsvir qaydaları haqqında məlumatların təlimlərə cəlb olunması vacibdir. Xüsusilə də bu başarıqları elmi təhsilin ilk pilləsində, maqistratura illərində mənimsənilməsi əhəmiyyətlidir. Maqistrlara ixtisasından asılı olmayaraq “data analiz” vərdişləri öyrədilməlidir. Elektron elm sahəsində plaqiat, akademik etika və bir sıra digər məsələlər yeni konsepsiyada ifadə olunur.

- Reytinqli jurnallar necə müəyyənləşir?

Jurnalların reytinqləri ilə əlaqədar dünya təcrübəsində bir neçə fərqli yanaşmalar mövcuddur. AAK hesab edir ki, Skopus və WOS məlumat bazalarında indeksləşən jurnallar yüksək reytinqli jurnallar hesab edilir və əgər bu məlumat bazalarında indeksləşmirsə deməli yüksək reytinqli hesab edilmir və fərqli jurnallarda çap olunmuş elmi məlaqə mötəbər hesab  olunmur. Yanlış və maksimalist yanaşmadır. Azərbaycan tədqiqatşıları üçün reytinq xatirinə üç-dörd aylıq maaşını jurnal redaksiyasına ödəmək məntiqli deyil. Məhs bu səbəbdən də hesab edirdik ki, elmin inkişafı və onun proqnozlaşdırılması, layihələndirilməsi işi bir əldə təmərgüzləşməlidir. Bir çox elmi istiqamətlərdə çox nüfuzlu elmi jurnallar mövcuddur ki, Skopus və WOS məlumat bazalarında deyil fərqli məlumat bazalarında indeksləşirlər. lakin öz sahələrində tanınmış və nüfuzlu jurnallar hesab edilirlər. Məsələn, riyaziyyatçılar bilir ki, riyaziyyat sahəsində dünya şöhrətli jurnallar hansılardır və ya kimyaçılar da o cümlərən. Odur ki, elmi prosesi Skopus, WOS və ya Şpringerə baglamaq yanlışdır. Bilinməlidir ki, Skopus, WOS, Şpringerə özəl şirkətlərdir və kommersiya məqsədi ilə fəaliyyət göstərirlər. Bu korparasiyalar əslində elmin inkişafı adı altında çox böyük sərvət qazanırlar və məqsədləri bizim ölkəmizdə elmin inkişafına xidmət etmək deyil.

- Bəs onda Azərbaycanda reytinqlər necə hesablanır?

- Tam bir sistemsizlikdir. Nazirlər kabinetinin dəstəyi ilə 2023-cü ildən başlayaraq Azərbaycan Milli H indeksi reitinqlərinin hesablanması və yayınlanması həyata keçirilir. Lakin bu reytinqlər fərqli aidiyatı qurumlar tərəfindən qəbul edilmir. AAK reytinqləri öz metodikası ilə hesab edir, Elm və təhsil nazirliyi özü bir metodika müəyyənləşdirib və tətbiq edir. Universitetlər də müstəqil olaraq reytinq müəyyənıəşdirirlər.  Son nəticədə vahid hesablanma qaydası yoxdur və bu sahədə Türkiyənin   qabaqcıl təcrübəsinin də öyrənilməsi və tətbiqinə maraq göstərilmir.

- Pərviz müəllim, bu yaxınlarda sizin “Elm sahəsində optimallaşma kompleks prosesə çevilməlidir” adlı analitik məqaləniz çap olunmuşdu. Elmi müəssisələrin optimallaşdırılması dedikdə nə nəzərdə tutulur.

- Azərbaycan Prezidenti bu istiqamətdə çox dəyərli bir sərəncamı imzalamışdır. Məqalədə sərəncamın əhəmiyyətini, optimallaşdırmanın səmərəliliyi artıracagı haqqında düşüncələrimizi yazmışdıq. Bir sıra  addımlar böyük uzaqgörənliklə atılır və 5 il, 10 il qabaga hesablanır. Lakin aidiyyatı qurumların fərqli yozumları nəticəsində fərqli nəticələr qarşıya çıxır.

Baxın, ziddiyyət burada yaranır. Təhsil nazirliyi elmi nəşrləri və akademik heyyəti dəstəkləməyə çalışır, “AAK” maksimalist tələblər irəli sürür və qarşıya yüksək tələblər qoyur, eyni zamanda “Elmə dəstək fondu” da fərqli sahələrə maliyə yardımı edir. Bu qurumlar arasında vahid məqsədlərin oldugunu görmək olmur.

Bu yaxınlarda elmi müəssisələrin və jurnalların reytinqlərinin artırılması ilə əlaqədar nazirlər kabinetinin də bir “yol xəritəsi” qədul edildi. Bu yol xəritəsinə görə yüksək reytinqli jurnalların dəstəklənməsi üçün maliyələşmə də nəzərdə tutulur. Mütəxəssislər bilir ki, bir çox elmi jurnallar ictimai əsaslarla təsis olunmuş akademik heyyət tərəfindən idarə olunur. İctimai əsaslarla rəqəmsal məkanda ciddi işlər görmək mümükün deyil. Redaksiyalarda maaş alan texniki heyyət çalışmalıdır və elmi informasiya dövriyyəsi gündəlik nəzarət altında olmalıdır.

- Orada bir sıra iddialar irəli sürürsunuz. Bu iddialardan biri odur ki, “Ali ATestasiya Komisiyası respublikada elmin inkişafına maneə törədir” kimi çox sərt iddiadır. Bu fikrinizi bir qədər geniş açıqlaya bilərsiniz?

- AAK-ın funksiyası akademik mühitə mane olmaq deyil, şərait yaratmaq və alim olmaq iddiasında olan gəncləri bezdirmək deyil, dəstəkləməkdir. Atestasiya prosesinin yalnız Azərbaycan Prezidentinin imzası ilə təsdiqlənən əsasnaməyə uygun olan hissəsi ligitimdir. Ondan kənar olan çox sayda norma və qaydalar hüquqi statusa malik deyil və AAK-ın özfəaliyyətidir.

Məsələn, AAK sədrinin müavini bir televiziya kanalına müsahibə zamanı deyir: “Bir alimin Şpringerdə monaqrafiyası çap olunmuşdu və biz düşündük ki, buna professor adı vermək olar.” Bu qeyd olunan alim yaqin ki, AAK sədr müavininin tanışı olub. Çünki Azərbaycanda yüzlərlə alimin Şpringerdə monoqrafiyası çap olunub, ancaq AAK-ın qapısından içəri girə bilmir. Məgər Şpringerdə monoqrafiyası çıxan alimlərin AAK ilə aşagıdan yuxarı kommunikasiyası mövcuddur? Yoxsa AAK strukturunda Şpringerdə monoqrafiyası çap olunan alimlərin manitorinqi həyata keçirilir?

- Sonda söz verdiyiniz sualı bir daha sizə ünvanlamaq istəyirəm. “Dekorativ professorlar” haqqında bizə şərh verməyi söz vermişdiniz. Bu barədə bir şey deyə bilərsiniz? 

- Yox, bu barədə araşdırmalarım hələ bitməyib, ancaq söz verirəm ki,  sizə geniş bir araşdırma təqdim edəcəyəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see480

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see298

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see280

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see237

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see232

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see231

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see212

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see202

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see199

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see197

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see178

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see171

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see170

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see168

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see161

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see161

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see161

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see159

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see158

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri