Icma.az
close
up
RU
Azərbaycanda əmək haqqı sistemi dəyişir deputat yeni yanaşmadan danışdı

Azərbaycanda əmək haqqı sistemi dəyişir deputat yeni yanaşmadan danışdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda son illərdə əmək bazarında gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq öhdəliklərin icrası və əmək münasibətlərində ədalətli yanaşmanın gücləndirilməsi bu sahədə aparılan siyasətin əsas istiqamətlərindəndir. Xüsusilə əməkhaqqı bərabərliyi və iş yerlərində bərabər imkanların yaradılması məsələsi həm dövlət, həm də cəmiyyət üçün diqqət mərkəzində olan məsələlərdən biridir.

Milli Məclisin son qərarına əsasən, eyni vəzifədə çalışan qadın və kişilər arasında əməkhaqqı fərqinin tətbiqi artıq qanunsuz hesab olunacaq.

Maraqlıdır, eyni vəziyyətdə qadın və kişi əmək haqqı fərqinin qadağan edilməsinə dair yeni qanun real gender bərabərliyini təmin etməyə kifayət edəcəkmi, yoxsa bu məqsəd üçün əlavə nəzarət və şəffaflıq mexanizmləri də zəruridir?

Moderator.az-ın sualını deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırdı. 

Millət vəkili qeyd etdi ki, Azərbaycanda gender bərabərliyinin təminatı ilə bağlı hüquqi baza kifayət qədər genişdir, bu sahədə zəruri qanunlar qəbul olunub və BMT-nin müvafiq konvensiyaları ratifikasiya edilib:

"Praktik olaraq Azərbaycanda eyni vəzifələrdə çalışan kişi və qadınların maaşları arasında fərq yoxdur. Sadəcə ümumi əməkhaqqı göstəricilərinə baxdıqda kişilərin qazancının daha yüksək görünməsinin əsas səbəbi yüksək maaşlı peşə və vəzifələrdə çalışan qadınların sayının nisbətən az olmasıdır.

Yəni fərdi qaydada eyni vəzifədə çalışan kişi və qadın eyni maaşı alır. Lakin ümumi statistikada fərq əsasən neft, kimya, metallurgiya, dağ-mədən sənayesi, tikinti sektoru və dövlət qulluğunun yüksək vəzifələrində qadınların az təmsil olunması ilə bağlıdır".

Musa Quliyev onu da vurğuladı ki, son dəyişikliklərə əsasən “Gender bərabərliyinin təminatları haqqında” qanuna “bərabər dəyərli iş” anlayışı da daxil edilib:

"Bu, Avropa Sosial Xartiyası və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələblərinə uyğunlaşdırma məqsədi daşıyır.
Burada söhbət yalnız qadın və kişi əməkhaqqı fərqindən deyil, həm də eyni və ya bərabər dəyərli işi görən bütün işçilərin əməkhaqqının ədalətli müəyyən olunmasından gedir.
Məsələn, eyni işi görən iki işçidən biri ofisdə, digəri isə evdən işləyirsə, onların əməyinin dəyəri eyni hesab olunmalı və əməkhaqqı da buna uyğun ödənilməlidir. 

Eyni zamanda fərqli işlər görsələr də, əgər nəticə etibarilə işin dəyəri bərabərdirsə, bu da əməkhaqqında nəzərə alınmalıdır.
Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil, eyni cinsdən olan və bərabər dəyərli iş görən işçilər arasında da əməkhaqqı fərqlərinin aradan qaldırılmasına xidmət edir.
Hazırda gender bərabərliyinin təmin olunması istiqamətində əlavə tədbirlər, qanunvericilik dəyişiklikləri və şəffaflığın artırılması ilə bağlı addımlar davamlı olaraq həyata keçirilir. Proses inkişaf etdikcə Azərbaycanın hüquqi bazası bu sahədə daha da genişlənəcəkdir".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 May 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri