Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Azərbaycanda iş sistemi dəyişir

Azərbaycanda iş sistemi dəyişir

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Son günlər ölkədə gündəmin əsas aktual mövzularından biri də aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı rejimi ilə əvəz edilməsidir. Bu günlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanda saatlıq əmək haqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Lakin nazir saatlıq minimum əmək haqqı sisteminə hansı tarixdən keçid ediləcəyini açıqlamayıb. Qeyd edək ki, bu mövzu bir neçə ildir ki, ictimai müzakirələrin mərkəzindədir. Mövzunun son zamanlar tez-tez gündəmə gəlməsi təbii olaraq cəmiyyətdə bu dəyişikliklə bağlı bir sıra suallar yaradıb. Bu gün ən çox maraq doğuran məsələlərdən biri odur ki, əgər bu sistemə keçid baş verərsə, əmək haqqılar artacaqmı? Digər tərəfdən, bunun işəgötürən tərəf və işçi üçün hansı müsbət və mənfi nəticələrinin olacağı da maraq doğuran məqamlardandır.

Bakıvaxtı.az-ın xəbərinə görə, İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya açıqlamasında bildirib ki, saatlıq əmək haqqı sisteminin əsas məqsədi tənzimləmə xarakterlidir: "Ölkədə bütün işlər aylıq deyil, saatlıq işlər də var. Burada vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha effektiv tənzimləmə imkanı yaranır. Əvvəllər yalnız aylıq minimum əmək haqqı qanunu var idi. Məsələn, bir şəxs 7 saat işləyirdisə, onun əməkhaqqı dəqiq tənzimlənmirdi. İndi isə bu proses daha şəffaf və rahat olacaq".

Ekspert qeyd edir ki, bu sistem qısa müddətdə faydalıdır: "Bu yanaşma minimal səviyyəni müəyyən edir. Yəni belə desək, 400 manat illik iş saatlarının sayına bölünəcək. Sadəcə, nəzəri olaraq bizim minimum əmək haqqı hələ real bazar qiymətlərindən çox aşağıdır. Orta əmək haqqı təxminən 1100 manata yaxındır, minimum isə 400 manatdır. Yəni bu, orta əmək haqqının təxminən 35%-ni təşkil edir. Amma ümumiyyətlə, hazırda minimum əməkhaqqı ilə işləyənlər də var. Ona görə də dövlət üçün də maraqlı idi ki, müqavilələr bağlananda ən azı minimum hədd yenilənsin və vergi düzgün hesablansın. Əvvəllər maaş aylıq hesablanırdı, indi isə saatlıq olacaq".

Ekspert qeyd edib ki, maaşların artması yalnız minimum əmək haqqının artırılması ilə bağlı ola bilər: "Minimum əmək haqqı artırılsa, bu, digər maaşlara da təsir edəcək. Amma böyük ehtimalla bu məsələyə ilin sonunda baxılacaq. Minimum əmək haqqının saatlıq və ya aylıq olması onun artımına təsir etmir. Hökumət istəsə, minimum əmək haqqını ayrıca qərarla, məsələn, 50% də artıra bilər. Sistemin dəyişməsi ilə bunun heç bir əlaqəsi yoxdur. Əvvəllər aylıq 400 manat idi, indi isə bu məbləğ saatlıq şəkildə bölünəcək, məsələ bundan ibarətdir".

Saatbaşına nə qədər qazanırıq?

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əmək haqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əmək haqqı məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Mövcud göstəricilərə əsaslanaraq, əgər aylıq minimum əmək haqqı sistemindən saatlıq sistemə keçiləcəksə, həmin vəsaitin saatlıq qarşılığını hesablamaq mümkündür. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkədə gündəlik normativ iş vaxtı maksimum 8 saat, həftəlik isə 40 saat təşkil edir. Ay ərzində orta hesabla 160 saatlıq iş vaxtı nəzərə alınarsa, 400 manatlıq aylıq minimum əmək haqqı 160 saata bölündükdə (400 : 160 = 2.5 AZN) bu zaman həmin işçinin saatlıq məvacibi təxminən 2 manat 50 qəpik təşkil edəcək.

Digər ölkələrdə vəziyyət necədir?

Qeyd edək ki, dünyada saatlıq minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əmək haqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əmək haqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əmək haqqı 28075 türk lirəsi təşkil edib. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 155 türk lirəsi və ya təxminən 5 manat 83 qəpik edir.

Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum saatlıq əmək haqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 dollar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əmək haqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əmək haqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əmək haqqı məbləğini təqdim edirik:

- Avstraliya - 15,23 dollar (25.90 AZN);

- Yeni Zellandiya - 13,90 dollar (23. 64 AZN);

- Almaniya - 12 avro (21.60 AZN);

- Fransa - 11.65 avro (20.97 AZN);

- Niderland - 10.44 avro (18.79 AZN);

- Belçika - 10.38 avro (18.68 AZN);

- İrlandiya - 9.62 avro (17.31 AZN);

- ABŞ (Kaliforniya) - 20 dollar (34 AZN);

- ABŞ (Vaşinqton) - 17.50 dollar (29.75 AZN);

- İsrail - 9.46 dollar (16.08 AZN);

- Yaponiya (Tokyo) - 7.50 dollar (12.75 AZN);

- İsveçrə (Cenevrə) - 23 İsveç kronu (44.16 AZN).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri