Azərbaycanda ən çox işdən çıxanlar hansı sahədədir?
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il Azərbaycanda müəssisə və təşkilatlarda işdən çıxanların 83,3 faizi öz xahişi ilə işdən çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
DSK-nin məlumatına əsasən, 2025-ci ildə ölkədə il ərzində ümumilikdə 495 min işçi işdən çıxıb. Onların 412,2 min nəfəri öz xahişi ilə, 10,2 min nəfəri işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar, 72,6 min nəfəri isə digər səbəblərlə işdən ayrılıb.
İşini tərk edənlər arasında öz ərizəsi ilə işdən çıxanların payı 2024-cü ildə 84,5 faiz, 2025-ci ildə isə 83,3 faiz olub.
2025-ci ildə öz ərizəsi ilə işdən ayrılma hallarının ən yüksək xüsusi çəkisi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb — 95,2 faiz. Turistlərin yerləşdirilməsi və ictimai iaşədə göstərici 93,5 faiz, daşınmaz əmlak əməliyyatlarında 91,6 faiz, emal sənayesində 91,3 faiz, tikintidə və ticarətdə isə 90 faiz olub.
Ən pis göstərici təhsil sahəsində qeydə alınıb. 2025-ci ildə təhsil sektorunda 33,9 min nəfər işdən çıxıb.
Statistika Komitəsi deyir ki, onların 15 min nəfəri, yəni 44,7 faizi işdən könüllü çıxıb. 17,1 min nəfər isə başqa səbəblərdən işini tərk etməli olub. Daha 1660 nəfər isə ixtisara düşüb.
Başqa sahələrə gəlincə, peşə, elmi və texniki fəaliyyət sahəsində 25 min nəfər işdən çıxıb, onların 19,2 min nəfəri öz xahişi ilə işini tərk edib. 4,8 min nəfər isə könüllü olmadan işdən çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















