Turdan önə çıxanlar
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Futbolpress.az-ın məlumatına görə, turda heç-heçə qeydə alınmayıb.
5 görüşün 3-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıb. Turun maraqlı qarşılaşması isə “Turan Tovuz” ilə “Neftçi” arasında olub.
Tovuz təmsilçisinin avrokuboklara vəsiqə mübarizəsində olması və qonaqların iddiasının qalmaması meydan sahiblərini favorit göstərirdi. Lakin “Neftçi” birinci hissəyə yaxşı start verdiyi və qollar vurduğu görüşün ikinci hissəsində də ciddi təhlükə yaşamadı, səfərdən üç xalla dönməyi bacardı.
Turda “Səbail”in elitanı tərk etməsi dəqiqləşdi. “Zirə”yə məğlub olan “dənizçilər”in sona iki tur qalmış liqada qalmaq şansı bitdi. Artıq Bayıl təmsilçisi növbəti mövsüm üçün I Liqa ilə bağlı planlara başlamalıdır.
Baxış sayı:120
Bu xəbər 12 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















