Icma.az
close
up
RU
Azərbaycanda ən çox və ən az boşanma olan RAYONLAR

Azərbaycanda ən çox və ən az boşanma olan RAYONLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda son illərdə boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il ərzində ölkədə 21 384 boşanma qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir.


Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Göründüyü kimi, son illərdə boşanma hallarında nəzərəçarpacaq artım müşahidə edilir.


Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkədə ən çox boşanma nisbəti Naftalana məxsusdur. Belə ki, bu rayonda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır. Əhali sayına görə lider olan Bakı şəhərində isə hər 1000 nəfərə düşən boşanma sayının nisbəti 3.1-dir.

Qeyd edək ki, ölkə üzrə boşanma nisbəti 2023-cü ildə 2.1 olub. Yəni yuxarıda qeyd edilən ərazilərdə boşanma nisbəti ölkə üzrə orta göstəricidən yuxarıdır.


Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0,  Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8,  Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə bu göstəricilər 2.1-dir. Bundan başqa Göygöl – 2.6, Yevlax -2.5 nisbəti ilə boşanmaların çox olduğu rayonlar hesab edilir. 


2023-cü ildə ən az boşanma Lerikdə 0.8 və Naxçıvanın Sədərək rayonunda 0.9 nisbəti ilə müəyyən edilib. Göründüyü kimi, bu rayonlarda boşanma ölkə üzrə orta göstəricidən aşağıdır.


2022-ci ildə boşanma nisbətləri isə 2023-ə görə kəskin fərqlənir. Liderlik yenə də Naftalana məxsus olsa da nisbətlər arasında böyük fərq var, belə ki 2022-ci ildə Naftalanda hər 1000 nəfərə düşən boşanma nisbəti 2. 8-dir. Yenə də ən çox boşanmaların olduğu bölgələr sırasında Qarabağ xüsusi diqqət çəkir. Ağdam, Xocalı, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Qubadlıda boşanma nisbətləri digər rayonlara görə çox olsa da burada da boşanma nisbəti 2023-cü ildən fərqli olaraq ortalama 2.2 nisbətindədir. Maraqlı məqam isə 2023-cü ilin statistikasında ən çox boşanma olan rayon kimi qeyd edilən Şuşa 2022-ci ildə ən az boşanma olan rayonların siyahısındadır, sözügedən rayonda həmin il hər min nəfərə düşən boşanma nisbət 1.7-dir. 


2022-ci ildə də boşanmaların ən az olduğu rayonlar cənub zonası, əsasən də Yardımlı və Lerik olub. Yardımlıda 2022-ci ildə boşanmas nisbəti əhalinin hər 1000 nəfərinə düşən nisbəti 0.6, Lerikdə isə bu göstərici 0.9-dur. Eyni zamanda 2022-ci ildə ən az boşanma Qobustanda 0.9 nisbəti ilə müəyyən edilib. 

Qeyd edək ki, boşanma nisbəti əhalinin hər 1000 nəfərinə hesablanır. Göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri