Icma.az
close
up
RU
Azərbaycanda ən çox və ən az kitabxana olan RAYONLAR

Azərbaycanda ən çox və ən az kitabxana olan RAYONLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı kitablara olan marağın azalmasına səbəb olduğu düşünülə bilər. Lakin kitabxanalar hələ də bilik mənbəyi olaraq cəmiyyətin intellektual inkişafında mühüm rol oynayır. Xüsusilə regionlarda yerləşən kitabxanalar təkcə oxu məkanı deyil, həm də maarifləndirmə və mədəniyyət ocağı kimi çıxış edir.

Azərbaycanda region kitabxanalarının vəziyyəti, onlara olan ehtiyac və oxucu marağı müxtəlif amillərlə müəyyən olunur. Bəzi rayon və kəndlərdə kitabxanalar fəaliyyətini qoruyub saxlasa da, bəzilərində bu sahəyə diqqətin azaldığı müşahidə olunur. Ucqar kəndlərdə yaşayan uşaqlar və gənclər üçün kitabxanalar alternativ bilik mənbəyi rolunu oynayır, çünki internetə çıxış imkanlarının məhdud olduğu ərazilərdə məhz kitablar yeni biliklər qazanmaq üçün əsas vasitəyə çevrilir.

Ölkəmizdə kitabxanaların ümumi sayı 10 il əvvəlki ilə müqayisədə azalmağa doğru gedir. Belə ki, 2015-ci ildə kütləvi kitabxanaların ümumi sayı 3242 idisə, Dövlət Statistika Komitəsinin son statistik məlumatlarına görə bu rəqəm 2913-ə düşüb. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən çox kitabxana Xankəndinin üzərinə düşür. Burada 163 kitabxana fəaliyyət göstərir.

Paytaxtda kütləvi kitabxanaların ümumi sayı isə 97-dir. Kitabxanların ən çox olduğu digər yerlərə isə inzibati ərazi olaraq böyük rayonlar daxildir. Belə ki, Qubada 85, işğaldan azad olunan Kəlbəcərdə 80, Laçında isə 75 kitabxana fəaliyyət göstərir. Bundan əlavə Şəmkir və Ağdaş da kütləvi kitabxana sayına görə digər rayonlardan fərqlənir. Şəmkirdə ümumilikdə 74, Ağdaşda isə 70 kitabxana fəaliyyət göstərir. 

Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində isə kitabxanaları sayı azlıq təşkil edir. Belə ki, Əhalisinin sayında görə ən böyük ikinci şəhərimizdə kitabxanaların ümumi sayı 12-dir, Gəncədə bu rəqəm 25, Mingəçevirdə isə 13-dür. 

Ölkəmizdə bir kitabxananın fəaliyyət göstərdiyi rayonlar isə Naftalan və Qubadlıdır. Eyni zamanda Zəngilan, Xocavənd, Şirvan və Xızıda da kitabxanaların sayı azlıq təşkil edir.

Naxçıvan Muxtar Respubliksında isə rayonlar arasında say etibari ilə ciddi fərqlər müşahidə olunur. Belə ki, Naxçıvan şəhərində kitabxanaların ümumi sayı 9, Sədərəkdə 5, Şərurda isə 57-dir.

Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda kitabxanaların say göstəriciləri ümumi mənzərə baxımından qənaətbəxş sayıla bilər. Lakin kitabxana mövcudluğundan daha vacib olan məsələ onların nə dərəcədə effektiv fəaliyyət göstərməsidir. Bir çox bölgələrdə kitabxanalar insanların daim üz tutduğu bilik mənbəyi olmaqdan çox, sadəcə mövcudluğunu qoruyan mədəniyyət ocaqları kimi qalır. Kitabxana fondlarının yenilənməməsi, müasir ədəbiyyat nümunələrinin və müxtəlif auditoriyaya xitab edən kitabların çatışmazlığı oxucu marağının azalmasına səbəb olur. Bundan əlavə, kitabxanalara marağın artırılması üçün təşviqedici tədbirlərin yetərli olmaması da ciddi məsələlərdəndir.

Ekspertlər vurğulayır ki, müasir dövrdə kitabxanalar təkcə kitab saxlanc yeri deyil, həm də intellektual müzakirə məkanına çevrilməlidir. Oxucu cəlbetmə layihələri, kitab müzakirələri, müəllif görüşləri və rəqəmsal kitab bazalarının yaradılması kimi təşəbbüslər bu mədəniyyət ocaqlarının daha canlı və faydalı olmasına töhfə verə bilər. Kitabxana sadəcə bir bina və ya rəflərdə sıralanan kitablar deyil - o, cəmiyyətin maariflənməsi və inkişafı üçün vacib bir körpüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri