Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir Siyahı
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayında Azərbaycanda otellər və otel tipli obyektlərin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7% və ya 98,7 milyon manat artaraq 468,5 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, gəlirlər ən çox paytaxt Bakıda yerləşən otellərdən əldə olunub.
Bakıda otellərin ümumi gəlirləri 296,2 milyon manat olub və bu, ölkə üzrə otellərin ümumi gəlirlərin 63%-ni təşkil edib. Bakıdan sonra ən çox gəlir əldə edən otellər Qusar rayonunda fəaliyyət göstərib.
Azərbaycanda ən çox gəlir əldə edən otellər aşağıdakı 10 şəhər və rayonda yerləşib:
Bakı şəhəri – 296,2 milyon manat;
Qusar rayonu – 34,5 milyon manat;
Qəbələ rayonu – 30 milyon manat;
Quba rayonu – 24,3 milyon manat;
Naftalan şəhəri – 14,2 milyon manat;
Şabran rayonu – 12,8 milyon manat;
Lənkəran rayonu – 10,2 milyon manat;
Xaçmaz rayonu – 9,2 milyon manat;
Şamaxı rayonu – 5,2 milyon manat;
Şuşa rayonu – 4,7 milyon manat.
Onu da bildirək ki, ən az gəlir əldə edən otellər və ya otel tibli obyektlər isə Neftçala və Zərdab rayonlarında yerləşir. Bu ilin ilk 9 ayında Neftçaladakı otellər 3,6 milyon, Zərdabdakı otellər isə 6,3 milyon manat gəlir əldə ediblər. Hacıqabul, Yevlax, Ucar, Siyəzən, Füzuli, Ağdam, Samux və Qobustan rayonlarında isə otellərin heç bir gəlirləri olmayıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda otellər ən çox nədən pul qazanır? Siyahı
12 Noyabr 2025 17:49
Azərbaycanda xiyar ən çox hansı rayonlarda yetişdirilib? Siyahı
03 Mart 2025 15:54
Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar Siyahı
16 Noyabr 2025 20:33
Azərbaycanda körpə ölümləri ən çox bu rayonlarda qeydə alınıb Siyahı
18 Avqust 2025 13:02
Azərbaycanda ən çox qazanan müğənnilər Siyahı
19 İyun 2025 17:30
Baxış sayı:47
Bu xəbər 15 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















