Azərbaycanda ən qorxulu xəstəlik: qadınlar kişiləri ÜSTƏLƏYİR
Icma.az bildirir, Modern.az portalına istinadən.
4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, xərçəng xəstələrinin sayı durmadan artır.
Azərbaycanda da bədxassəli şişlərlə xəstələnənlərin sayı getdikcə çoxalır.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son illər bu xəstəliyə tutulanların sayında ciddi artım gözə çarpır. İndi hər il 15 mindən çox xərçəng xəstəsi qeydə alınır.
Rəsmi statistikaya görə, 2024-cü ildə ilk dəfə xərçəng diaqnozu qoyulmuş xəstələrin sayı 15164 nəfər olub. Müqayisə üçün qeyd edək ki, 2023-də bu rəqəm 13666 nəfər olub.
2024-cü ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər olub. 2023-də həmin rəqəm 69 435 nəfər idi.
Rəsmi statistikaya görə, Azərbaycanda süd vəzisinin bədxassəli şişi daha çox yayılıb. İkinci yerdə ağciyər, üçüncü yerdə mədə xərçəngi gəlir.
Azərbaycanda xərçəngə tutulan qadınlar kişiləri üstələyir. Belə ki, 2024-cü ildə 8051 qadında və 7113 kişidə ilk dəfə bədxassəli iş aşkarlanıb.
2024-cü ildə 9681 nəfər xərçəng xəsətliyindən vəfat edib.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















