Icma.az
close
up
RU
Azərbaycanda ən təhlükəsiz ictimai nəqliyyat növü hansıdır?

Azərbaycanda ən təhlükəsiz ictimai nəqliyyat növü hansıdır?

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Böyük şəhərlərdə ictimai nəqliyyat insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.  Bu, həm rahatlıq, həm də təhlükəsizlik baxımından daim müzakirə mövzusudur. Xüsusilə Bakı kimi sıx və dinamik meqapolisdə bu məsələ daha da aktuallaşır. İstifadə olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti, infrastruktur səviyyəsi və nəqliyyat iştirakçılarının davranışları bu sahədə təhlükəsizliyi birbaşa müəyyən edir.

Son illərdə Bakı və digər şəhərlərdə nəqliyyat infrastrukturunda müəyyən islahatlar aparılsa da, həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyi hələ də gündəmdədir. 

Bəs görəsən Azərbaycanda ictimai nəqliyyatın hansı növü daha təhlükəsiz hesab olunur? 

BAKU.WS-in əməkdaşı bu suala cavab tapmaq üçün nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ilə həmsöhbət oldu.

Ekspertin fikrincə, ümumilikdə ictimai nəqliyyat fərdi avtomobillərlə müqayisədə daha təhlükəsizdir. Lakin bu sahədə mövcud riskləri aradan qaldırmaq üçün daha kompleks və sistemli yanaşmaya ehtiyac var.

R. Ağamirzəyev metro və dəmir yolu nəqliyyatını ən təhlükəsiz variantlar kimi qiymətləndirir:

"Dəmir yolu daha təhlükəsiz sayıla bilər, lakin hazırda şəbəkəsi məhduddur. Metro isə sərt standartlara malik olduğu üçün ümumi qəza statistikasında ən aşağı səviyyədə yer alır. Lakin bəzi hallarda platformaya düşmə hadisələri baş verir ki, bu halların səbəbləri (intihar və ya ehtiyatsızlıq) dəqiq təhlil olunmalıdır". 

Ekspert qeyd edir ki, dəmir yolu marşrutları genişləndirilməli, yaşayış məntəqələri yaxınlığında keçidlər artırılmalı, bu keçidlər baryersiz, işıqlandırılmış və fiziki məhdudiyyətli şəxslər üçün uyğun olmalıdır.

Avtobus nəqliyyatına gəldikdə isə, ekspert hesab edir ki, bu daha çox risk amilləri daşıyan seqment kimi qeyd edilir:

"Şəhərimizdə küçələr hibridləşib və sürətli hərəkətə şərait yaradılıb. Amma bu, təhlükəsizlik baxımından doğru qiymətləndirilməyib. Zolaqların genişliyi, xaotik hərəkət, düzgün ayrılmayan səki və yol örtükləri riskləri artırır".

Mütəxəssis vurğulayır ki, avtobus zolaqlarının ayrılması, səkilərin fiziki olaraq yollarla fərqləndirilməsi, məhlə girişlərinin səki səviyyəsinə qaldırılması kimi tədbirlər insanların rahat və təhlükəsiz şəkildə dayanacaqlara çatmasını təmin edər.

O, həmçinin bildirir ki, səkilərin vəziyyəti Azərbaycanda ümumilikdə zəifdir:

"Bizdə prioritet avtomobilə verilib, bu da insan təhlükəsizliyini arxa plana atır. Halbuki piyada üçün qısa məsafələrdə təhlükəsiz hərəkət şəraiti yaradılmalıdır. Mikromobillik - yəni velosiped, skuterlər üçün şərait yaradıldıqda da bu nəqliyyat növləri daha təhlükəsiz və funksional olacaq".

Banu Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see161

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri