Icma.az
close
up
RU
Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

Icma.az bildirir, Azpost portalına istinadən.

Ötən il “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus, Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, təyyarədə 42 Azərbaycan vətəndaşı olub, onlardan 26-sı həyatını itirib, 16-sı sağ qalıb. Qəzada 7 Rusiya, 6 Qazaxıstan vətəndaşı da həlak olub.

Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Çox sayda insanın həyatını itirməsi insanlar arasında aerofobiyaya yol açır.

Amma rəsmi statistika və beynəlxalq ekspertlər bildirirlər ki, ən təhlükəsiz nəqliyyat növü təyyarədir. Nəzərə alaq ki, hər 3 saniyədən bir dünyada yerə bir təyyarə enir. Əgər gündəlik qəzaların faizi 0,01 olsaydı, o zaman gün ərzində minimum 13 təyyarə qəzaya uğrayardı. Lakin belə bir fakt yoxdur.

Maraqlıdır ki, ən təhlükəli nəqliyyat vasitəsi eşşəklərdir. Eşşəklərin gün ərzində öldürdüyü insanların sayı aviaqəzalarda ölənlərdən daha çoxdur. Eyni zamanda, piyada keçidində yaşıl işığın yanmasını gözləyən piyadanın ölmə ehtimalı aviaqəzada ölmə ehtimalından daha yüksəkdir.

Şimal-Qərb Universitetinin amerikalı alimləri XXI əsrin ilk onilliyi üçün ölümlərlə bağlı məlumatları təhlil etdikdən sonra hansı nəqliyyat növünün ən təhlükəli olduğunu müəyyən ediblər.

Beləliklə ən təhlükəli nəqliyyat növü motosikletlərdir.

Motosikletçilər özlərini daha çox riskə atırlar. Burada ölüm nisbəti sadəcə qrafiklərdən kənardır – hər milyard nəfərə 213 ölüm düşür. Bu o deməkdir ki, motosiklet sürmək avtomobil sürməkdən təxminən 30 dəfə təhlükəlidir.

ABŞ Milli Təhlükəsizlik Şurasının qənaətinə görə motosiklet və velosiped sürənlərin qəzaya düşüb dünyasını dəyişmə ehtimalı 4982 səfərdən birində mümkündür.

Beləliklə ən təhlükəli 10 nəqliyyat növünü təqdim edirik:

1. Moped və motosikletləri ən təhlükəli nəqliyyat vasitəsi adlandırmaq olar. Belə ki, yollarda motosiklet sayı ümumi nəqliyyat vasitələrinin cəmi 1 %-ini təşkil etsə də, bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalarda sürücü ölümü nisbəti 20 % təşkil edir.

2. Velosiped ikinci təhlükəli nəqliyyat vasitəsidir. Qət edilən hər 1.5 milyard kilometrə 35 ölüm düşür.

3. Metroda kütləvi hadisələr çox təhlükəlidir. Məsələn, vaqonun relsdən çıxması, yanğın, eskalatorda yaranan problem, qatarların toqquşması və s. Qapalı məkanda baş verən faciələr isə panikaya səbəb olur və qurbanların sayını artırır. Bakı metrosunda baş verən qəza və partlayışları yada salmaq kifayətdir.

4. Su nəqliyyatı növlərində qət edilən hər 1.5 milyard kilometr məsafəyə 20 faciəvi hadisə düşür. Bir çox hallarda gəmilərdəki ölüm göyərtədən dənizə yıxılmaq səbəbindən ortaya çıxır.

5. Kosmik gəmilərdə 1.5 milyard kilometrə 7 ölüm düşür. Bununla belə kosmik gəmidə uçmaq motosiklet sürməkdən ən azı 17 dəfə təhlükəsizdir. Kosmik tədqiqatların tarixində cəmi üç kosmik gəmi geri qayıtmayıb.

6. Mikroavtobuslar üzrə hər 1.5 milyard kilometrə 5 ölüm düşür. Əvvəllər Bakıda da mikroavtobuslar dəbdə olsa da, son bir neçə ildə onları iritutumlu avtobuslar əvəz edib. İndi mikroavtobuslar kənd və rayonlararası səfərlər edir. Qəzaların əsas səbəbi sükan arxasına səriştəsiz sürücülərin keçməsidir.

7. Avtomobillərlə qət edilən hər 1.5 milyard kilometrə isə 4 ölüm düşür.

8. Avtobuslarda 1.5 milyard kilometrə 1 ölüm düşür. İri tutumlu avtobuslar əsasən peşəkar sürücülərə həvalə edildiyindən, onlar ən təhlükəsiz nəqliyyat vasitələri sırasında üçüncü pillədə qərarlaşıb.

9. Qatarlarlarda qət edilən hər 1.5 milyard kilometrə 0.2 ölüm düşür. Dəmir yolu ilə səyahət ən təhlükəsiz nəqliyyat vasitələri arasında gümüş medalçıdır. Qərb ölkələrində dəmiryolu nəqliyyatı təhlükəsiz sayılsa da, Şərqdə, xüsusən də Hindistanda bunu demək bir az çətindir.

“İnvestopedia” qurumunun hesablamalarına əsasən, bir insanın avtomobilə nisbətən qatarda sağ qalma şansı 1000 dəfə çoxdur.

10. Təyyarələrdə isə ölüm ehtimalı hər 1.5 milyard kilometr qət edilən məsafə üçün 0,05 ölümə bərabərdir. Lakin qəzaya uğrayan təyyarədə sağ qalma şansı çox azdır. Amma statistikaya görə, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir.

Təyyarə qəzasında sağ qalma ehtimalı minimaldır?

Təyyarə qəzası nəticəsində sağ qalma ehtimallarının minimal olduğu bildirilir. ABŞ tarixində 1983-cü ildən 2000-ci ilə qədər baş vermiş təyyarə qəzalarının analizi göstərib ki, bortda bulunan sərnişinlərin cəmi 5 faizi qəza nəticəsində dünyasını dəyişib. Bu statistikaya əsaslanaraq demək olar ki, aviaqəzalara düşən 53 487 nəfərdən 51 207 nəfər sağ qalıb.

26 ciddi təyyarə qəzasının nəticələri araşdırılanda isə məlum olub ki, hətta ağır təzyiqlə yerə düşən, təyyarələrin parçalanması və yanması ilə müşayiət olunan qəzalarda belə sərnişinlərin 50 faizi sağ qalır.

Əgər təyyarə suya məcburi eniş gerçəkləşdirərsə, sərnişin və pilot heyətinin sağ qalma ehtimalı ikiqat artır./bizim.media

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 May 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri