Icma.az
close
up
RU
Azərbaycanda ən tez və ən gec satılan maşınlar açıqlandı

Azərbaycanda ən tez və ən gec satılan maşınlar açıqlandı

Icma.az bildirir, Bizim media portalına istinadən.

Avtomobil bazarında bəzi modellər digər nəqliyyat vasitələri ilə müqayisədə daha tez alıcı tapır. Xüsusilə qiyməti, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və sonrakı satış imkanları alıcıların seçimində mühüm rol oynayır.
Hazırda Azərbaycanda ən çox tələbat görən və ən gec satılan avtomobillər hansılardır? Çin avtomobillərinin bazara daxil olması avtomobil bazarında vəziyyəti necə dəyişib?
Bizim.Media xəbər verir ki, nəqliyyat üzrə ekspert Razil Nağıyev “demokrat.az”a açıqlamasında söyləyib ki, hazırda Azərbaycanda avtomobil bazarında daha çox tələbat görən nəqliyyat vasitələri, əsasən, yanacağa qənaət etməsi, münasib servis xərcləri, ehtiyat hissələrinin əlçatanlığı və sonradan rahat satılma imkanı ilə seçilən avtomobillərdir:
 

"Daha gec satılan avtomobillər isə adətən yüksək yanacaq sərfiyyatına malik, servis və ehtiyat hissələri çətin tapılan, texniki vəziyyəti qeyri-müəyyən və ya bazar dəyərindən baha təklif olunan avtomobillərdir. Statistik göstəricilər də bazardakı aktivliyi təsdiqləyir. 2024-cü ildə Azərbaycana 82 434 ədəd minik avtomobili idxal olunub. Həmin dövrdə ölkədə təxminən 29 456 Çin istehsalı avtomobilinin qeydiyyata alındığı bildirilir. 2025-ci il üzrə açıq bazar hesablamalarında Çin markalarının yeni avtomobil satışlarında payının təxminən 68 faizə çatdığı qeyd olunur".


Ekspert qeyd edib ki, Çin avtomobillərinin bazara geniş daxil olması ənənəvi markalarla rəqabəti ciddi şəkildə artırıb:
"Bu avtomobillər münasib qiymət, zəngin komplektasiya, müasir dizayn, hibrid və elektrik versiyalarının genişliyi ilə alıcılar üçün yeni alternativ yaradıb. Nəticədə yeni avtomobil seqmentində qiymət və təchizat baxımından rəqabət güclənib. Ənənəvi markaların əsas üstünlüyü isə servis şəbəkəsinin, ehtiyat hissələrinin və ikinci əl bazarının daha oturuşmuş olmasıdır. Çin avtomobillərində ilkin qiymət və avadanlıq üstünlüyü daha çox nəzərə çarpsa da, uzunmüddətli etibarlılıq, ehtiyat hissələrinin davamlı təminatı və sonrakı satış dəyəri alıcıların diqqət yetirdiyi əsas məsələlər olaraq qalır. Çin avtomobillərinin bazara daxil olması seçim imkanlarını genişləndirib və ənənəvi markaları qiymət, zəmanət və servis imkanları baxımından daha rəqabətli təkliflər verməyə sövq edib".
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri