Icma.az
close
up
RU
Azərbaycanda “Ən zəngin ev kitabxanası olan ailə” 70 ildir kitab toplayır... FOTOLAR

Azərbaycanda “Ən zəngin ev kitabxanası olan ailə” 70 ildir kitab toplayır... FOTOLAR

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 fevral, AZƏRTAC

“İndi kitab oxuyan var?” Təəssüf ki, son vaxtlar bu suala birmənalı şəkildə müsbət cavab vermək olmur. Elektron kitabların geniş yayıldığı, kompüter, planşet vasitəsilə oxuyanların çoxaldığı indiki vaxtda kitab oxuyanlar çox azdır. Yolunu kitab mağazalarından salanların, kitabxanaların oxu zallarına üz tutanların da sayı azalıb…

Kitabı bilik xəzinəsi, mənəvi qida adlandırırlar. Kitab oxucunu kamilləşdirir, cəmiyyətə fayda verir. Kitab fanatizmin, cəhalətin düşməni, tərəqqinin katalizatorudur. Məşhur Amerika yazıçısı Rey Bredberi deyirdi: “Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Kitab oxumamaq kifayət edir”.

Lap erkən yaşlarımdan məndə kitab oxumağa, mütaliə etməyə böyük həvəs olub. Bağçada bizə şifahi xalq ədəbiyyatı nümunələrini, xalq yaradıcılığını sevdirir, öyrədirdilər. Sonralar da həyat elə gətirdi ki, həmişə kitablarla ünsiyyət saxlamalı oldum”, - deyə kitab həvəskarı Rauf Həsənzadə AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib.

“Hansı şəhərdə ezamiyyətdə olmuşamsa, yolum hara düşübsə, həmişə yolumu kitab mağazasından salmışam. Elə olub bir neçə, hətta bir çanta kitabla evə qayıtmışam. Onların arasında baha aldığım, ucuz aldığım da var, abunə yazıldığım da, hədiyyə verilənlər də. İndi kitab rəflərində sıralanan kitabların şəxsi kolleksiyama gəlib çıxmağının hər birinin öz tarixçəsi var...”

Rauf müəllim əldə etdiyi ən nadir və aztapılan kitabların çoxunu ötən əsrin 80-ci illərində toplayıb. Həmin illərdə onun rəhbərlik etdiyi Tərtər Elektromexanika Zavodu ümumittifaq əhəmiyyət daşıyırdi və hər ayın ikinci ongünlüyündə Moskvada Direktorlar Şurasının yığıncağı keçirilirdi. Həmin illərdə hər dəfə sovet paytaxtının ən məşhur kitabxanalarına, kitab sərgilərinə və mağazalarına gedərək maraq dairəsinə uyğun gələn kitablar alıb. Hələ məktəbli vaxtından formalaşdırmağa başladığı kitabxana beləcə get-gedə zənginləşib. İndi onun topladığı kitabxanada ensiklopediyalar, tarix, coğrafiya, arxitektura, kənd təsərrüfatı, texniki elmlər, ədəbiyyat, incəsənət, diplomatiya və tibbə aid nəşrlər üstünlük təşkil edir.

O, bu kitabxananı 70 il əvvəl yaratmağa başlayıb. Burada çox qədim, nadir və aztapılan kitablar var. 1717-ci ildə Rusiya çarı I Pyotrun sifarişi ilə çap olunmuş “Gəncliyin aydın güzgüsü və ya məişət davranışına dair göstərişlər” (“Юности честное зерцало, или показание к житейскому обхождению, собранное от разных авторов”) kitabının indi 300-dən artıq yaşı var. 1834-cü ilə aid üzərində I Pyotrun şəxsi möhürü olan kitab da maraq doğurur. M. Karamzinin, A. P. Yermolovun, K. Arsenyevin və başqa müəlliflərin, eləcə də XVII-XVIII əsrlərdə nəşr olunan kitablar, müxtəlif qəzet materialları, sənədlər, səliqə ilə ayrı-ayrı qovluqlara yığılmış qəzet-jurnal kəsiklərini şəxsi kitabxananın ən maraqlı eksponatları hesab etmək olar. Qədim yunan tarixçilərinin kitabları, o cümlədən uzun illərin axtarışları nəticəsində əldə edilən Herodotun “Tarixin atası” kitabı da çox dəyərlidir. Birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabı, müxtəlif xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən kitablar da böyük maraq doğurur.

Kitabxanada ermənilərin ərazi iddialarını ifşa edən, onların Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini sübut edən mənbə və sənədlər də diqqət çəkir. Onların arasında 1831-ci və 1834-cü ildə nəşr olunmuş iki kitab da var. Həmin kitablarda ermənilərin İrandan Qafqaza, o cümlədən İrəvan, Naxçıvan və Qarabağa köçürülmələri öz əksini tapıb. Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında 1805-ci ildə knyaz Pavel Sisyanovun və Qarabağ xanı İbrahimxəlil xanın imzaladığı traktatın mətni də mühüm sənədlər arasında yer alır.

Azərbaycan Politexnik İnstitutunun məzunu olan Rauf Həsənzadə sonralar Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Tərtər Elektromexanika zavodundan sonra 1993-cü ildə Bakı Elektron Hesablama Maşınları zavodunun direktoru olub. Şəxsi kitabxanasında olan kitabların böyük əksəriyyətini mütaliə edib. Onun dediyinə görə, “İqor polku haqqında dastan”da şərqdən gələn köçəri tayfalar arasında tərtərlərin də adı çəkilir. Rauf müəllimin saxladığı qədim atlaslardan birində Bağdaddan şimalda Tərtər çayı və Tərtər gölü var. Şah İsmayıl Xətainin qızılbaşlar tayfasının ən döyüşkən qolları arasında tərtərlər tayfası da olub. Əfqanıstanda isə Tərtər adlı kənd var...

Şəxsi kitabxanada tibbə aid kitablar xüsusi yer tutur. Onların arasında 29 cild tibb eknsiklopediyası ilə yanaşı, Tibet, Koreya, qədim slavyan xalq təbabətinə aid çoxlu maraqlı mənbələr var. Bundan başqa, Rusiyada çıxan “ Zdorovıy obraz jizni”, Babuşkinskie resepti”, “Leçebnıe pismo”, “Aybolit”, Travnik” , “Narodnıy doktor”, “Tvoy doktor”, “Narodnıy lekar”,”Leçebnıe vesti” kimi nəşr və məcmuələri də toplayıb. Təkcə bir faktı göstərmək yetərlidir ki, Rauf müəllim 18 tibbi jurnala abunə yazılıb. Həmin mənbələrdə miüxtəlif xəstəliklərə aid minlərlə resept var. Özünün hesablamasına görə, həmin reseptlərin sayı 12 min 100-dən çoxdur. Sonralar onun şəxsi kitabxanasında saxladığı həmin reseptlərdən istifadə edərək onlarla xəstənin şəfa tapmasına vasitəçi olub.

Çoxsaylı kitablar arasında hərbi və tarixi kitablar da çoxluq təşkil edir. İkinci Dünya müharibəsində iştirak edən sovet və alman sərkərdələrinin, general və hərbçilərinin demək olar ki. əksəriyyətinin qələmə aldığı kitablar, memuar və xatirələr, III Reyxin tarixi, Nürenberq prosesi ilə bağlı kitablar Rauf müəllimin ən çox müraciət etdiyi, vaxtaşırı vərəqlədiyi kitablardır.

82 yaşlı kitab həvəskarının şəxsi kitabxanasında 14 mindən çox kitab var. 2017-ci ildə Həsənzadələr ailəsi Mədəniyyət Nazirliyinin “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsində qalib gəldiyinə görə diploma layiq görülüb.

Rauf Həsənzadə həm də təbiət vurğunu, gül-çiçək həvəskarıdır. O, həyətindəki bağçada müxtəlif qızılgül növləri, zanbaq, yasəmən, pion, xrizantema və digər güllər becərir. Onun becərdiyi gül və çiçək kolları rəngbərəng çiçəklər açaraq cənnət bağını xatırladır. O, həm bağçasında becərdiyi güllərə, həm də ailə kitabxanada səliqə-sahmanın qorunub saxlanılmasına, düzümünə çox ciddi fikir verir. Onun illərdən bəri topladığı zəngin kitabxana həyət-bacası kimi ilin bütün fəsillərində gözəl, təravətli və gözoxşayandır.

Ali məktəb tələbələri və orta məktəb şagirdləri ölkəmizin ən yaxşı ailə kitabxanalarından olan Həsənzadələrin ailə kolleksiyasına müraciət edir, elmi iş və diplom işi yazanlar, imtahana hazırlaşanlar və mütaliə həvəskarları onun rəfləri arasında özlərinə lazım olan mənbələri tapıb oxuyur, istifadə edəndən sonra geri qaytarırlar. Lakin elə kitablar da var ki, Rauf müəllim onu birdəfəlik olaraq oxuculara bağışlayır. Vaxtaşırı olaraq şəxsi kolleksiyasında saxladığı xeyli kitabı ayrı-ayrı məktəblərə, kitab həvəskarlarına hədiyyə edir.

Kitabxananı əbəs yerə mənəvi sərvət, xalqın yaddaşı hesab etmirlər. Onun zaman-zaman toplanan, illər boyu əldə edlən kitablarından hər kəs özünə lazım olan bilik və mənəvi qidanı götürür. Nə xoş ki, “Azərbaycanın Stalinqradı” adlandırılan Tərtərdə belə zəngin və dəyərli bir mənbə var. Onun yaradıcısı və keşikçisi olan Rauf Həsənzadə bu böyük xidmətə görə hər cür hörmət və ehtirama layiqdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri