Azərbaycanda ən çox ziyarət olunan muzeylər Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda son illər mədəni irsə marağın artması muzeylərə üz tutan ziyarətçilərin sayında da özünü göstərir. Həm yerli sakinlər, həm də xarici turistlər tarixi, incəsənəti və milli dəyərləri daha yaxından tanımaq üçün ölkəmizin muzeylərini ziyarət edirlər.
Bəs geridə qoyduğumuz il ərzində ölkəmizdə yerləşən muzeylərdən ən çox ziyarət olunan hansılardır?
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ziyarətçi sayına görə ilk sırada Qobustan Milli Tarix-Bədii Qoruğu qərarlaşıb. Qayaüstü rəsmləri və qədim insan məskənləri ilə tanınan qoruq il ərzində 197 647 nəfər tərəfindən ziyarət olunub. Bu göstərici Qobustanın həm yerli, həm də xarici turistlər üçün xüsusi maraq daşıdığını göstərir.
İkinci ən çox ziyarət olunan Azərbaycan Milli Xalça Muzeyidir. Unikal memarlıq üslubu və zəngin xalça kolleksiyası ilə seçilən muzeyi 154 605 ziyarətçi gəzib. Bu məkan sadəcə daxili ilə deyil, elə xarici görünüşü ilə də diqqət çəkir və şəhərə xüsusi gözəllik verir.
Siyahının növbəti pilləsində Azərbaycan Milli İncəsənət Muzeyi qərarlaşıb. Belə ki, il ərzində bu muzey 44 424 ziyarətçi qəbul edib.
Milli Azərbaycan Tarixi Muzeyinə isə 30 507 nəfər ziyarət üçün gəlib.
Bülbülün Şuşadakı ev-muzeyi də ziyarətçi axını ilə seçilib. Qarabağa səfər edənlər buranı görmədən geri qayıtmırlar. Muzeyi 12 372 nəfər ziyarət edib.
Siyahını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tamamlayır. Belə ki, bu məkana 10 952 ziyarətçi baş çəkib.
Muzeylər yaddaşı qoruyan məkan olmaqla yanaşı, milli kimliyin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Muzeylərə artan maraq təkcə statistik deyil, eyni zamanda, cəmiyyətin öz keçmişinə və mədəni irsinə münasibətinin göstəricisidir.
Lamiyə Məmmədova









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















