Icma.az
close
up
RU
Azərbaycanda epidemioloji vəziyyət açıqlandı

Azərbaycanda epidemioloji vəziyyət açıqlandı

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Hazırda ölkədə qrip və kəskin respirator viruslarla bağlı epidemioloji vəziyyət nəzarət altındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.

"Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur. Kəskin respirator virusların yayılması ilə yanaşı qeyd etmək lazımdır ki, dekabr–fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır.

Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir".

Mütəxəssis qeyd edib ki, qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur:

"Buna görə də peyvəndləmə üçün əsasən sentyabr–oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır.

Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır".

Təyyar Eyvazov vurğulayıb ki, qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see365

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see272

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see272

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see271

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see259

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see259

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see254

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see245

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see243

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see227

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see221

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see217

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see216

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see213

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see210

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see204

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see201

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see199

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see185

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri