Icma.az
close
up
RU
Azərbaycanda epidemioloji vəziyyət yenidən qiymətləndirilməlidir Professor

Azərbaycanda epidemioloji vəziyyət yenidən qiymətləndirilməlidir Professor

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çikunqunya virusu ilə bağlı xəbərdarlığı fonunda professor Adil Qeybulla Azərbaycanda epidemioloji vəziyyətin yenidən qiymətləndirilməsinin vacibliyini bildirib. O, xəstəliyin ölüm halları ilə nadir hallarda nəticələnsə də, ciddi ağırlaşmalara və müvəqqəti əmək qabiliyyəti itkisinə səbəb ola biləcəyini deyib.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, çikunqunya virusundan ölüm halları çox az müşahidə olunur:

"Xəstəliyin ölümlə nəticələnməsi halları çox azdır. Amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi bu xəstəlik zamanı kifayət qədər tez-tez müşahidə olunur".

Professorun sözlərinə görə, virus orqanizmə daxil olduqdan sonra müəyyən fəsadlar yarada bilər. Bu baxımdan, Azərbaycanda epidemioloji vəziyyətin yenidən qiymətləndirilməsinə ehtiyac var:

"Nəzərə almaq lazımdır ki, virus orqanizmə daxil olduqdan sonra müəyyən izlər buraxa bilər. Mümkün qədər virusa yoluxmamaq və onun  yaratdığı ağırlaşmalarla üzləşməmək vacibdir. Bu baxımdan Azərbaycanda epidemioloji vəziyyət yenidən təhlil edilməli, ölkə üçün risk səviyyəsi elmi əsaslarla qiymətləndirilməlidir".

Adil Qeybulla qeyd edib ki, çikunqunya virusu əsasən ağcaqanadların dişləməsi ilə yayılır:

"Azərbaycanda malyariya daşıyıcısı olan ağcaqanadlara qarşı uzun illərdir mübarizə aparılır. Gölməçələrin qurudulması və digər profilaktik  tədbirlər görülür. Bununla yanaşı, xüsusilə Bakıda insanları dişləyən, allergik reaksiyalar və toksiki ödem yaradan müxtəlif ağcaqanad növləri də mövcuddur. Onların hansı növlərə aid olması ilə bağlı dəqiq məlumat vermək çətindir. Əsas məsələ odur ki, çikunqunya virusu ağcaqanadların dişləməsi ilə insana keçir".

Professor bildirib ki, xəstəliyin ilkin əlamətləri adətən bir neçə gün ərzində özünü göstərir:

"Bəzən 3-5 günə, bəzən isə bir həftəyə qədər davam  edən inkubasiya dövründən sonra xəstəlik başlayır. İlk əlamətlər yüksək hərarət, titrətmə, ürəkbulanma və güclü əzələ ağrılarıdır. Sonradan xəstəlik xroniki mərhələyə keçə bilər. Bu zaman oynaq ağrıları o qədər güclü olur ki, bəzi xəstələr belini düz saxlaya bilmir".

Qeyd edək ki, ÜST, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) çikunqunya virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, virus əsasən yoluxmuş ağcaqanadların dişləməsi ilə yayılır və son aylarda dünyanın müxtəlif regionlarında yoluxma hallarında artım müşahidə olunur.

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri