Icma.az
close
up
RU
Azərbaycanda erkən nikah qurbanları Ən çox bu RAYONLARDADIR

Azərbaycanda erkən nikah qurbanları Ən çox bu RAYONLARDADIR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda "Ailə Məcəlləsi"nə edilən dəyişikliyə əsasən bu ildən etibarən 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.

Statistikalar isə hələ də erkən nikahla bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.

Modern.az-ın məlumatına görə, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

2024-cü il ərzində Azərbaycanda 18 yaşadək qadınlar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi.  

Ən çox hansı rayonlardadır?

Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir Ucarda isə hər biri 24 uşaq dünyaya gəlib.

Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Ən çox göstəricilər Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.

Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa Gədəbəydə 37, Tovuzda 30 uşağın anasının yaşı 18-dən aşağıdır.

Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarında olub.

Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37-dir.

Ən aşağı göstəricilər

Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə sahibdir. Burada ən yüksək rəqəm Kəlbəcərdədir. Belə ki, Kəlbəcərdə 14 uşaq 18 yaşına çatmamış ana olub, digər rayonlarda isə rəqəmlər 2-5 arasında dəyişir.

Abşeron-Xızı iqtisadi rayonu 30 uşaqla ən aşağı göstəriciyə sahib olan ikinci regiondur. Regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah sonrası dünyaya gəlib.

Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir. 18 yaşına çatmamış uşaq dünyaya gətirən qadınların sayı müvafiq olaraq 40 və 39 uşaq olaraq dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan MR-də ümumilikdə 49 uşaq 18 yaşına çatmayan valideynlər tərəfindən dünyaya gətirilib.
Naxçıvan, Culfa və Şahbuzda erən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Şərur, ən az göstərici isə 4 uşaqla Babəkdir. Bundan başqa Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilikdən dünyaya gəlib. 

Bakı şəhəri

2024-cü ildə 20 448 paytaxt sakini dünyaya gəlib ki, onların 78-i erkən doğum faktı olaraq qeydə alınıb. Əhalisinə görə ən böyük şəhərlərimizdən hesab edilən Gəncədə isə bu göstərici 17-dir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see466

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see302

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see190

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see186

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri