Icma.az
close
up
RU
Cinayətə görə tutulan yeniyetmələr Ən çox bu RAYONLARDADIR

Cinayətə görə tutulan yeniyetmələr Ən çox bu RAYONLARDADIR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Yeniyetməlik dövrü insan həyatında ən həssas və kritik mərhələlərdən biridir. Bu yaş dövrü, şəxsiyyətin formalaşdığı, həyat dəyərlərinin, davranış nümunələrinin və sosial məsuliyyətlərin təməlinin qoyulduğu bir mərhələdir. Yeniyetmələr bu dövrdə özlərini və ətraf aləmi kəşf etməyə çalışır, buna görə də onların həyatında doğru yönləndirilmə və müsbət nümunələr böyük əhəmiyyət kəsb edir.

Təəssüf ki, ailə və cəmiyyət tərəfindən lazımi diqqətin yetərsizliyi, düzgün tərbiyə prinsiplərinin tətbiq olunmaması və nəzarətin zəifliyi bəzi gənclərin yanlış yollara yönəlməsinə, hətta cinayət əməllərinə əl atmasına səbəb ola bilər. 
Modern.az ölkəmizdə 14-17 yaşda olan uşaqların törətdiyi cinayətləri araşdırıb. 

Son statistikalara görə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin ümumi sayı 364-dür. Onlardan 46-ı ağır və xüsusilə ağır cinayətlər hesab edilir. Yeniyetmələr arasında törədilən cinayətlərin əksəriyyəti oğurluqdur. Belə ki, törədilən cinayətlərin 164-ü bu səbəbdən baş verib. Cinayətlərin 15-i qəsdən sağlamlığa zərər vurma, 8- i isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd kimi qiymətləndirilib. Bu son 5 ildə yeniyetmələr tərəfindən törədilən cinayətlərarasında maksimum göstəricidir. Belə ki, 2019 və 2020-ci illərdə bu göstərici 323, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 olub. 
Onu da qeyd edək ki, cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı həmin il 494 olub ki, bu da son 5 ildə rekord göstəricidir. Cinayət törədənlərin 479-u oğlan, 15-i isə qız olub. Onlardan 387-i 16-17 yaşda, 107-i isə 14-15 yaş aralığında olub.  Onların 202-i hər hansı bir yerdə işləməyən və oxumayan uşaqlardır.
Cinayət törədənlərin 279-nun hər iki valideyni, 29-nun bir valideyni olub, 2-i isə internat məktəbində böyüyüb. Törədilən cinayətlərdə 6 yeniyetmə sərxoş vəziyyətdə iştirak edib. Onu da qeyd edək ki, cinayətlərin 54-ü böyüklərin iştirakı ilə baş verib. Cinayət törədən 14-17 yaşlı uşaqların 310 məhkum olunub. 
Cinayət törədən yeniyetmələrin əksəriyyəti Bakıda yaşayır. Belə ki, paytaxtda həmin il 14-17 yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin ümumi sayı 89 olub. Abşeronda bu göstərici 19, Tovuzda 18,  Qaxda 12-i, Ağdaşda 10,Bərdədə 9-dur. Yeniyetmələrin cinayət törətdikləri rayonlar içində Şirvan, Biləsuvar, Sumqayıt, Xaçmaz, İsmayıllı, Mingəçevir də liderlik edir. İşğaldan azad edilən Qarabağ bölgəsinin üç rayonunda 14-17 yaşlı uşaqlar tərəfində törədilən cinayət hadisəsi baş verib. Bura Füzuli ( 2 nəfər), Xocalı və Cəbrayıl ( hər ikisində 1 nəfər) aiddir. Naxçıvanda isə 14-17 yaşlı uşaqlar arasında ümumilikdə 10 cinayət hadisəsi törədilib.
14-17 yaş arası gənclərin törətdiyi cinayətlərin artımı cəmiyyətimiz üçün ciddi bir xəbərdarlıqdır. Bu, təkcə ailələr üçün deyil, həm də təhsil sistemi və sosial qurumlar üçün böyük bir məsuliyyətdir. Çünki yeniyetmələr tərəfindən törədilən cinayətlər fərdi faciələr yaratmır, həm də cəmiyyətin bütövlüyü üçün ciddi təhlükə yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri