Icma.az
close
up
RU
Azərbaycanda eşşək əti satışa çıxarıla bilər Xüsusi fermada yetişdirilmiş…

Azərbaycanda eşşək əti satışa çıxarıla bilər Xüsusi fermada yetişdirilmiş…

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada eşşək ətinə tələbat ildən-ilə artır. Çin, Niger, Hindistan, Braziliya, Somali, Nigeriya, Meksika, Misir və sair kimi ölkələrdə eşşək əti açıq bazarlarda satılır. Azərbaycanda da zaman-zaman mal əti adı ilə eşşək əti satmaq istəyib saxlanılanlara rast gəlinir. Digər tərəfdən bildirilir ki, bu ət ölkəmizdə də aşkar satışa çıxarıla bilər. Qeyd olunur ki, bu, islam dininə görə haram deyil və yemək mümkündür.

Eşşək əti yemək olarmı? Bu qida məhsulu satışa çıxarılmalıdır?

Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, işbazlar bəzən eşşək ətini dönərxanalara və ya hər hansı ictimai müəssisələrə mal əti adı altında satırlar:

Ağa Salamov

“Məsələ burasındadır ki, istehlakçıları aldatmaq olmaz. Eşşək yük heyvanıdır, onun orqanizmində əzələ üstünlük təşkil edir. Ətini necə yemək olar? Əgər bəslənmiş, xüsusi fermada yetişdirilmiş, böyüdülmüş eşşək əti varsa, satışı həyata keçirilirsə, yemək mümkündür. Daha doğrusu, seçim insanlarındır. Buna kimsə qadağa qoya bilməz. Məsələ burasındadır ki, eşşək əti eyni ad altında satılmalıdır. Digər tərəfdən onun yeyilməsi dini baxımdan bəyənilmir. Ümumiyyətlə, mal, qoyun ətini qoyub niyə eşşək ətinə müraciət etməliyik? Milli mətbəximizdə eşşək əti varmı? Yox. Ona görə də özümüzü başqalarına oxşatmamalıyıq”.

Dinşünas alim Rafiq Əliyev isə bildirib ki, Quranda yalnız donuz ətinin haram olduğu qeyd olunub:

Rafiq Əliyev

“Bunu da Quranın Maidə surəsinin 3-cü, Ənam surəsinin 145-ci ayələrində görürük. Digər heyvanların ətləri ilə əlaqəli məsələlərə Məhəmməd peyğəmbərə istinad edilən rəvayətlərdə rast gəlirik. Məsələn, Məhəmməd peyğəmbərin Xeybər mühasirəsi zamanı eşşək ətini qadağan etdiyi bildirilir. Lakin həmin ərazini görənlər bilirlər ki, eşşək orada qalaya yük daşımaq üçün yeganə nəqliyyat vasitəsi olub. Peyğəmbər də əti bu məqsədlə yasaqlayıb. İslam ümumbəşəri din olduğuna görə hansısa ətlərin yeyilməsi ilə əlaqəli xüsusi haramlar qoymayıb. Bu gün hansısa ölkədə at əti yeyilmir, amma Özbəkistən, Qazaxıstan kimi ölkələrdə mötəbər qida hesab edilir. Tailandda timsah, Fransada xüsusi qurbağa ətləri yeyilir. Hindistanda bizim yediyimiz inək əti qadağandır. İslam hansısa xalqın, millətin ağız dadına görə deyil, ümumbəşəri qaydalar qoyur. Buna görə də heç kim hansısa heyvanın haramlığı barədə özündən qaydalar çıxara bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri