Icma.az
close
up
RU
Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Son illər Azərbaycanda gəlin köçən qızların cehizi ilə bağlı gözləntilərin artdığı müşahidə olunur. Əvvəllər ailə qurmaq üçün zəruri sayılan məişət əşyaları kifayət edirdisə, indi bahalı mebel dəstləri, tam təchiz olunmuş mətbəx, məişət texnikası, hətta bəzi hallarda mənzilin tam şəkildə hazırlanması tələb olunur. Sosioloqlar hesab edirlər ki, bu tendensiya gənclərin ailə qurmasını çətinləşdirir, ailələr üçün əlavə maliyyə yükü yaradır və evlilik yaşının gecikməsinə səbəb olur.

Mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşən AzTV-nin məşhur "Ailələr, talelər" verilişinin aparıcısı olmuş telejurnalist Nailə İslamzadə hesab edir ki, cehiz yükünün ağırlaşması tək bir səbəblə izah oluna bilməz.

Onun sözlərinə görə, burada sosial şəbəkələrin yaratdığı psixoloji təzyiq, cəmiyyətin formalaşdırdığı stereotiplər və iqtisadi çətinliklər eyni vaxtda rol oynayır.

"Əvvəllər cehiz ev qurmaq üçün lazım olan əşyalardan ibarət idi, indi isə bəzən nümayiş vasitəsinə çevrilir. Paylaşılan videolar, bahalı cehiz təqdimatları və müqayisələr ailələr üzərində psixoloji təzyiq yaradır. İnsanlar "biz də geri qalmayaq" düşüncəsi ilə imkanlarından artıq xərc çəkməyə çalışırlar".

N.İslamzadə qeyd edib ki, bəzi ailələr hələ də cehizi qız ailəsinin nüfuzu ilə əlaqələndirirlər.

"Halbuki ailənin möhkəmliyi cehizin dəyəri ilə deyil, qarşılıqlı hörmət, sevgi və məsuliyyət hissi ilə ölçülür".

Jurnalistin fikrincə, bahalaşan qiymətlər də ailələrin yükünü artırır.

"Qiymətlərin artdığı bir dövrdə ən sadə ev əşyalarının belə alınması böyük maliyyə yükünə çevrilib. Nəticədə illərlə cehiz yığmağa çalışan ailələr ciddi maddi çətinliklərlə üzləşirlər".

O bildirib ki, bu tendensiya gənclərin evlənməsini gecikdirir, ailələri borclandırır və tərəflər arasında narazılıqlara səbəb olur.

"Bu gün məsələ təkcə qız cehizi ilə məhdudlaşmır. Bir çox ailələrdə oğlan tərəfinin üzərinə də böyük maliyyə yükü düşür: ev, təmir, mebel, toy xərcləri, qız üçün bahalı qızıl-zinət əşyaları, geyim, bəzən isə əlavə hədiyyələr. Nəticədə hər iki ailə kim daha çox edəcək, kim daha çox müğənni çağıracaq yarışına qoşulur. Bu yarışın qalibi olmur, əksinə, hər iki tərəf maddi və mənəvi gərginlik yaşayır".

Nailə İslamzadə hesab edir ki, problemin kökü ənənələrin özündə deyil, gözləntilərin həddindən artıq böyüməsindədir.

"Əgər hər iki tərəf imkanına uyğun davranarsa və başqaları ilə müqayisə etməzsə, həm ailələr borclanmaz, həm də gənclər evlənmək üçün illərlə gözləməzlər. Əslində xoşbəxt ailənin təməli bahalı cehiz, çox qızıl və ya dəbdəbəli toy deyil. Əsas olan qarşılıqlı hörmət, anlaşma və yeni qurulan ailəyə dəstək olmaqdır. Maddi imkanlar isə hər ailənin şəraitinə uyğun qiymətləndirilməli, rəqabət meyarına çevrilməməlidir" - o qeyd edib.

Sosioloq Mail Yaqublu təəssüflə bildirib ki, ailələr əsas məqsədi - övladlarının xoşbəxtliyini unudaraq diqqəti maddi məsələlərə yönəldirlər.

Onun sözlərinə görə, bahalı cehiz gözləntisi ailə münasibətlərinin sağlam təməl üzərində qurulmasına mane olur.

"Çox ciddi məsələdir. Niyə görə ailələr əsas məsələni unudub təfərrüata varırlar? Əsas məsələ həm oğlan, həm qız evinin diqqət yetirməsi lazım olan şey övladların xoşbəxtliyidir. Bunu unudublar, cehiz arxasınca düşüblər və mənə elə gəlir ki, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri elə bu bahalı cehizlərdir. Oğlan evi qızın bahalı cehizinə gözünü dikib, qızın şəxsiyyətini, əxlaqını, dəyərini unudub, onun gözündə dəyər yalnız bahalı cehizdirsə, o ailənin xoşbəxt olma ehtimalı azdır".

M.Yaqublu hesab edir ki, bu yanaşmanın kökündə mənəvi dəyərlərin arxa plana keçməsi dayanır.

"Niyə görə bəzi ailələrdə bu ifrat dərəcəsinə çatıb? Bu, mənəviyyatın unudulmasıdır. Əgər bir yerdə mənəviyyat, əxlaq, intelekt arxa plana keçsə, o insanlar və ailələr üçün maddiyyat bir nömrəli əhəmiyyətli məsələ olur. Bunun nəticəsində yalnız qızın bahalı cehizi oğlan evinin gözündə olur və bu faciədə biz bununla uşaqlarımızı, övladlarımızı bədbəxtliyə sürükləyirik".

Sosioloqun fikrincə, ağırlaşan cehiz tələbləri gənclərin ailə qurmasına da ciddi maneə yaradır.

"Evlənmələr böyük maneə ilə üzləşirlər. Gənclər ailə qura bilmirlər. Statistikaya baxın. Ötən ilin ilk altı ayında Azərbaycanda 38 min uşaq dünyaya gəlib. Bu ilin ilk altı ayında 28 min, yəni 10 min azalma var. Artım tempi bu qədər azalıb. Niyə? Bax, bu maneələrə görə gənclər ailə qura bilmirlər. Yersiz maneələr, bahalı mebellər kimə lazımdır? Bu bizim mədəniyyətimizə yaddır".

O bildirib ki, Azərbaycan cəmiyyətinin əsas dəyərləri maddiyyat deyil, insanın şəxsiyyəti üzərində qurulmalıdır.

"Bizim mədəniyyətimiz İslam rəngindədir. İslam insanın şəxsiyyətinə önəm verir, onun varına, dövlətinə yox. Təəssüflər olsun ki, bu dəyərlərimizdən uzaq düşmüşük və acı nəticəsini də indi dadırıq".

Mail Yaqublu problemin həlli üçün maarifləndirmənin vacibliyini də vurğulayıb.

"Bunun aradan qaldırılması üçün danışmaq və təlim keçmək lazımdır. Təəssüflər olsun ki, bu bacarıqda olan təlimçilərimizin sayı çox azdır. Mədəniyyət kanalı da bu mövzularda verilişlər hazırlamır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri