Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 milyon manat xərclənəcək
Icma.az, Report.az saytına istinadən bildirir.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
"Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində Hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















