Su ehtiyatlarından səmərəli istifadə üçün 546 milyon manat ayrılacaq
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində Hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident tərəfindən 2024-cü il 10 oktyabr tarixində “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” imzalanıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.
Qeyd edib ki, bu Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur.
"Su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq".
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















