Azərbaycanda gənclərin yarım milyondan çox azalıb
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 14–29 yaş arasında olan gənclərin sayı son 16 ildə 507,5 min nəfər və ya təxminən 18 faiz azalıb.
Modern.az Banker.az saytına istinadən xəbər verir ki, 2010-cu ilin əvvəlində ölkədə 2 milyon 825,8 min gənc yaşayırdısa, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 318,3 min nəfər təşkil edib.
Bununla belə, son bir ildə gənclərin sayında müəyyən artım müşahidə olunub. Belə ki, 2025-ci ilin əvvəlində onların sayı 2 milyon 300,8 min nəfər olduğu halda, 2026-cı ilin əvvəlinə 17,5 min nəfər artıb.
Hazırda gənclər Azərbaycan əhalisinin 22,6 faizini təşkil edir. Onların 1 milyon 221,9 mini kişi, 1 milyon 96,4 mini isə qadındır.
Göstəricilər uzunmüddətli dövrdə ölkənin demoqrafik strukturunda ciddi dəyişiklik baş verdiyini nümayiş etdirir. Gənclərin sayındakı dəyişiklik gələcək əmək bazarı, təhsil xidmətləri və istehlak bazarının inkişafı baxımından da əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















