Icma.az
close
up
RU
TikTok Azərbaycanda 1 milyondan çox video sildi

TikTok Azərbaycanda 1 milyondan çox video sildi

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aparıcı qısa video platforması olan TikTok istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları silir.

Dünya üzrə hər il 10 fevralda qeyd olunan Təhlükəsiz İnternet Günü münasibətilə platforma İcma Qaydalarının pozulmasına görə silinmiş məzmunun sayını növbəti dəfə açıqlayır.

LIVE yayımların təhlükəsizliyi

TikTok LIVE yayımları bütün dünyada getdikcə daha çox populyarlıq qazanır, kontent yaradıcılarına auditoriya ilə birbaşa ünsiyyət imkanı yaradır və platforma bu format çərçivəsində icmanın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, 2025-ci ilin üçüncü rübündə İcma Qaydalarının pozulmasına görə dünya üzrə bloklanan LIVE yayımların sayı 32 milyondan çox olub.
Keçən rübdən etibarən TikTok, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını almağa yönəlmiş canlı yayımların monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, TikTok müəllifin LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok monetizasiya qaydalarını pozan 2.321.813 canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Platforma dünya üzrə nə qədər məzmun silib

İcma Qaydalarına əməl olunması üzrə Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:

* 200 milyondan çox video silinib.
* Video məzmunun 99,3%-i proaktiv şəkildə - yəni kimsə şikayət etməzdən əvvəl silinib.
* Videoların 94,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib.
Platforma Azərbaycanda nə qədər məzmun silib
2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda:
* İcma Qaydalarının pozulmasına görə 1.051.646 video silinib.
* Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl aradan qaldırılıb.
* Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da qlobal orta göstəricilərdən yüksəkdir.
2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri